• Bizə Zəng Edin:

    (+994) 50 431 77 77

  • Bizə Email Göndərin:

    [email protected]

  • Ofisimizi Ziyarət Edin:

    Bakı, Caspian Plaza

digital marketinq, onlayn marketinq

Onlayn Marketinq Üstünlükləri

Xüsusilə son dövrlərdə internetdən istifadə edən insanların sayının artması ilə internet satış kanalı və onlayn marketinq vasitəsi kimi əhəmiyyəti xeyli artmışdır. Dünyanın ən böyük beynəlxalq audit və idarəetmə konsaltinq şirkətlərindən biri olan Deloitte tərəfindən aparılan araşdırmalara görə 2014-cü ildə mağazalarda satışların 49% -nin rəqəmsal medianın təsirinə məruz qaldığı, bu rəqəmin 2015-ci ildə 64% olduğu bildirilir, 2020-ci ildə isə 95% olacağı proqnazlaşdırılır. Şirkət tərəfindən ötən illərdə aparılan tədqiqat kontekstinə əsasən alıcıların 84%-i alış-verişdən öncə bu barədə internet üzərindən araşdırma edirlər.

Markaların reklam yönəltdiyi kütlənin böyük bir qismi internet istifadəçisi olduğuna görə biznes sahibləri tv, radio, qəzet və s. kimi ənənəvi reklamların yerinə onlayn marketinqə üstünlük verirlər. Bəs onlayn marketinq nədir? Online marketinq markaların hədəf kütlələrinə çatmaq üçün internet vasitəsilə etdikləri marketinq fəaliyyətlərinin məcmusudur.

Heç şübhəsiz bu cür marketinq formasının oflayn reklamlar qarşısında gözardı ediləməyəcək üstünlükləri vardır. Gəlin bu üstünlüklərin bəzilərinə nəzər yetirək.

1. Hər Kəsin Bərabər Olduğu Bir Dünya

Oflayn marketinqdən fərqli olaraq, onlayn marketinq daha ədalətli rəqabət mühiti təklif edir. Ənənəvi bazarda böyük büdcəli reklamlar ilə rəqabət apara bilməyən kiçik şirkətlər düzgün media planlaşdırması ilə asanlıqla onlayn marketinq vasitəsilə bunu edə bilər. Əlbəttə ki, büdcə onlayn marketinqdə də vacibdir. Lakin bu büdcənin peşəkar digital media mütəxəssisi tərəfindən maksimum səmərəlilik əldə ediləcək şəkildə planlaşdırılması böyük fərqlər yarada bilər. Məsələn, televiziya, radio və ya qəzet reklamlarında bir şirkətin daimi xərcləri elektron mediada oxşar reklamlardan daha böyük xərc tələb edir. Halbuki, onlayn mənbələrdə olan auditoriya sayı ənənəvi reklamların kütləsini qat-qat üstələyir. Bir neçə il ərzində əhəmiyyətli dəyişikliklər olmadan şirkətin ehtiyacları üçün işləyəcək veb resursların inkişafı və saxlanılması adətən minimum büdcəli oflayn reklam kampaniyasının belə dəyərindən artıq deyil.

2. Auditoriya ilə Əlaqə

Onlayn marketinqin əsas üstünlüklərindən biri internetin hədəf auditoriyası ilə uzaqdan dialoq təşkil etmə şansına malik olmasıdır. İstehlakçılar reklamını gördükləri məhsul və ya xidmətlə bağlı email ataraq, sosial media üzərindən şərh yazaraq və ya veb saytın onlayn müştəri xidmətləri vasitəsilə əlaqə yaradaraq istənilən suala cavab ala və lazımi informasiya əldə edə bilərlər. Buna görə də, saytların hazırlanması onlayn reklamın ilk şərtlərindən sayılır. Ənənəvi reklamlarda isə bu demək olar ki, mümkün deyil. Bundan başqa, sorğular, ziyarət statistikaları, forumlar, kommunikativ platformalar kimi müxtəlif mexanizmlər hədəf auditoriyanız haqqında maksimum məlumat əldə etmək, potensial alıcıların seçimlərini nəzərə almaq və onların dəyişikliklərinə reaksiya vermək imkanı verir. Belə olan halda, istənilən onlayn marketinq kampaniyası hədəf kütləyə ünvanlandığı üçün daha effektiv nəticələr verir.

3. Dərhal Nəticə

Bir şəxs sizin reklamınız vasitəsi ilə markanızın veb saytını ziyarət etdikdə, form doldurduqda və ya satın aldıqda, bu haqda o anda xəbər tutursunuz. Beləliklə, onlayn marketinq qurğularının köməyilə uğursuz reklamlara yerindəcə müdaxilə edə və reklamın icrası zamanı dəyişikliklər edərək daha effektiv hala gətirə bilərsiniz. Əksinə, uğurlu olanları isə dəstəkləyə bilərsiniz.

4. Uzunmüddətli Effektivlilik

Bir çox marketinq kampaniyalarının davamlı effektivliyinin qalması onlayn marketinqin ən böyük üstünlüklərindəndir. Məsələn, bloq və rəsmi veb saytların məzmunu kimi ağıllıca işlənmiş kontent marketinq çalışmaları dəyişiklik və ya əlavələr tələb etmədən illərlə sizin məhsul və ya xidmətinizi önə çəkmək imkanına malikdir. Demək olar ki, hər bir onlayn marketinq üsulu “viral effect” ünsürlərinə sahibdir və bu, hər keçən gün sizin məhsulunuz üçün xidmət göstərə bilər.

5. Onlayn Axtarışla Başlayan Alıcılıq Prosesi

Fikrləşin, siz hansı tezlikdə Google-a və ya başqa axtarış sistemlərinə informasiya axtarmaq üçün daxil olursunuz?! Digər insanlar da bu mənada sizdən fərqli deyil. Nəhəng premium video paylaşma portalı olan Vimeo araşdırmalarına əsasən, onlayn alıcıların 90%-i, oflayn alıcıların isə 70%-ə qədəri onlayn axtarış sistemlərində almaq istədikləri məhsula dair araşdırmalar aparırlar. Axtarış sistemlərində ilk sıralarda çıxmaq üçün Google reklamlarından və SEO xidmətlərindən istifadə olunur.

Onlayn marketinqin bu üstünlüyü lokal bizneslərə potensial müştərilərlə alaqə saxlaya bilmək və onlara problemlərini həll edə biləcək məhsuları təqdim edə bilmək adına böyük imkanlar bəxş edir. Hal-hazırda, Google, Facebook və ya Bing kimi onlayn şirkətlər çox böyük məlumat bazasına malik olub əlverişli hədəfləmə imkanlarına malik sistemlər tərtib etmişlər. Bu hədəfləmə imkanları ilə siz məhsul və ya xidmətinizə ehtiyacı olan insanların lazımi vaxtda qarşılarına çıxa bilərsiniz.

6. Onlayn Marketinq ilə Sizə Məlum Olmayan Müştərilərə Çata Bilərsininiz

Əlbəttə ki, onlayn marketinq sadəcə sistematik qurğulardan ibarət deyil. Yuxarıda qeyd edilmiş axtarış sistemi nəhənglərinin belə yetişə bilmədiyi kütlələr mövcuddur. Kontent marketinq vasitəsilə sizin tapa bilmədiyiniz müştərilərin sizi tapmasına yol açmaq mümkündür. Kifayət qədər müəyyən mövzuda kütlə toplamış müxtəlif bloqlarda məqalə paylaşmaq uyğun potensial müştəriləri sizin təklif etdiyiniz məhsul və ya xidmətə cəlb edə bilər. Bundan başqa, öz veb sayt bloqunuzda axtarış sistemləri üçün optimallaşdırılmış uyğun və cəzbedici kontentlə saytınızın görünürlüyünü artıra və müştərilərə ən vacib məqamda yetişə bilərsiniz.

7. Mobil Müştərilərə Çıxış

Son illərin əsas tendensiyalarından biri smartfon və tabletlər kimi mobil cihazlardan internetə çıxan istifadəçilərin sayının artmasıdır. Ənənəvi reklamdan fərqli olaraq mobil reklamlar harada yerləşdiyindən asılı olmayaraq hərəkət halında belə istifadəçiləri müşayət edir. Müasir texnologiyaların köməyi ilə hər bir istifadəçinin xüsusiyyətlərini nəzərə alaraq telefon və tabletlərdə hədəflənmiş reklam yerləşdirə bilərsiniz. Axtarışda və saytlarda reklam yerləşdirmələrinə əlavə olaraq mobil qurğular:

– cihazın sahibi ilə birbaşa ünsiyyət qurmaq üçün cihaza birbaşa Push-bildiriş göndərə;

– cihazın sahibi tərəfindən istifadə edilən sosial şəbəkələrə reklam göstərə;

– istifadəçinin yerini təhlil edə və reklam mesajlarını yalnız müəyyən bir yerdə olduğu zaman göndərə bilər.

Bu məlumatlardan istifadə edərək onlayn marketinq sahəsində çalışan marketoloqlar hədəf auditoriyanın hər bir seqmenti üçün fərdi reklam kampaniyaları hazırlayırlar ki, bu da ənənəvi reklam kampaniyalarından daha effektli nəticə verir.

Gördüyümüz kimi onlayn marketinqin sizin marketinq fəaliyyətlərinizi bir üst səviyyəyə daşıya biləcək üstünlükləri çoxdur. Digital və ya onlayn marketinq sizin potensial müştərilərə onların olduğu yerdə və sizin xidmət və ya məhsullarınızı axtardığı vaxtda çatmaq üçün ən effektiv yoldur.

Bununla belə, siz sual verə bilərsiniz – Bəs, hardan başlayaq?

Hər hansı bir onlayn kontent yaradıb paylaşmadan və ya müəyyən onlayn marketinq reklam kampaniyalarına start vermədən əvvəl sağlam onlayn marketinq strategiyası qurmaq çox vacibdir. Siz ümumi biznes məqsədlərinizi onlayn marketinq məqsədlərinizlə sintezləşdirməlisiniz. Bundan sonra müəyyən müştəri zümrəsi yaratmalı, ona uyğunlaşdırılmış onlayn marketinq strategiyası seçməli və bu strategiyanı reallaşdırmaq üçün tədbirlər planı hazırlamalısınız.

Əgər sizin marketinq strategiyası yaratmaqda və ya yaradılmış strategiyanı reallaşdırmaqda köməyə ehtiyacınız varsa, Interactive Media-nın onlayn marketinq ekspertləri sevə-sevə köməyinizə yetişə bilər. Komandamız sizə biznesinizə uyğun marketinq strategiyası qurmaqla yanaşı, hər bir onlayn marketinq formasından ən optimal səviyyədə yararlanmaqda yardımçı olacaqlar.

Xidmətlərimiz bölməsində SEO Xidməti, SMM Xidməti, Web Saytların Yığılması və s. ilə əlaqəli geniş məlumat əldə edə bilərsiniz. Habelə saytların yaradılması, web sayt sifarişi, web dizaynsayt yaratmaq kimi məqalələrimizdən müvafiq mövzular barədə ətraflı məlumat tapa bilərsiniz.