Saytı Yavaşladan Görünməyən 5 Texniki Problem
Əgər bir müddətdir ki, vebsayt işlədirsinizsə, yəqin ki, bunu hiss etmisiniz. Saytınızı açılır, amma biraz ləngiyir. Xeyr, saytınızı çökməyib və heç bir xəta yoxdur. Amma vebsaytın işləməsi də eyni zaman sürətli hiss olunmur, şəkillər və səhifələr gec açılır.
Əvvəlcə buna məhəl qoymamaq asandır. Özünüzə deyirsiniz ki, bu sadəcə internetinizdir və ya müvəqqəti problemdir. Amma sonra görəcəksiniz ki, ziyarətçilər vebsaytınızdan daha tez çıxır və ya səhifələriniz əvvəlki kimi performans göstərmir.
Bugün biz, vebsaytınızın yavaşlama səbəblərini öyrənib, həll yollarını tapacayıq. Yadınızda saxlayın ki, sürət, demək olar ki ən vacib amilldir, əgər saytınız yavaşdırsa, ziyarətçilər adətən şikayət etmirlər. Sadəcə çıxıb gedirlər. Heç bir mesaj qoymadan. Heç bir xəbərdarlıq etmədən.
Vebsaytınızı yavaşladan top 5 texniki səhvlər
Şəkilləri birbaşa cihazdan yükləyirsiniz- Məsələn, nəsə dizayn edirsiniz və ya şəkil çəkirsiniz, birbaşa kompüterinizə yükləyib davam edirsiniz. Nə ölçü dəyişmə var, nə də sıxılma. Problem ondadır ki, bu şəkillər çox vaxt lazım olduğundan qat-qat böyük olur. Sadə bir banner 3–5 MB ola bilər, halbuki bir neçə yüz KB kifayət edər. Elə indi sınayın, yüklədiyiniz şəkillərin ölçülərini azaldın və ilkin dəyişməni görə bilərsiniz.
Çoxlu sayda plaqinlərdən istifadə etməyin

Pluginlər faydalı görünür, amma müəyyən həddə qədər. Çünki,hər biri öz skriptini əlavə edir, öz yükünü gətirir və bəzən bir-biri ilə münaqişə yaradır. Praktiki olaraq, daha az plaqin-daha nəzərəçarpacaq dərəcədə daha hamar sürət demıkdir.
Ayrı Cache Qurun

Keş olmadıqda, saytınız hər ziyarət zamanı özünü yenidən qurur. Və bu avtomatik olaraq server üçün daha çox iş, istifadəçi üçün isə daha çox gözləmə vaxtı deməkdir. Hosting bu işdə sizə kömək etmir,cache ayrıca qurulmalıdır. Qurulduqdan sonra fərqi demək olar dərhal hiss edirsiniz. Əvvəllər gec açılan səhifələr təkrar ziyarətlərdə çox daha sürətli olur.
Mürəkkəb Mövzular (Themes) — Gözəl Görünür, Amma Saytı Yavaşladır
Dizayn nə qədər mürəkkəb olarsa, brauzer bir o qədər çox işləməli olur. Mobil cihazlarda isə bu daha da hiss olunur.Sayt gözəl görünə bilər, amma yenə də yavaş hiss olunar. Çalışın sadə mövzular istifadə edin.
Məlumat Bazanız Səssizcə Qarışıq Vəziyyətdədir
Zaman keçdikcə saytınız müxtəlif məlumatlar toplayır-köhnə versiyalar, qaralamalar, spam şərhlər, müvəqqəti fayllar və s. Və bütün bunlar saytın performansını aşağı salır. Mütəmadi olaraq, məlumat bazanı təmizləyin.
Beləliklə, gördüyünüz kimi, şəkillərdən tutmuş mövzulara, və məlumat bazasına qədər hər detal saytın sürətinə təsir edir. Sürətli sayt isə yalnız daha yaxşı istifadəçi təcrübəsi deyil-həm də daha çox etibar, daha uzun ziyarət müddəti və daha yaxşı nəticələr deməkdir.
Qeydlərimizi nəzərə alın, və vebsaytınızı həmişə dayanıqlı vəziyyətdə saxlayın.