• Bizə Zəng Edin:

    (+994) 50 431 77 77

  • Bizə Email Göndərin:

    [email protected]

  • Ofisimizi Ziyarət Edin:

    Bakı, Mətbuat Prospekti

Saytı Test Etmək Üçün Pulsuz Metodlar

Uğurlu bir veb-sayt sadəcə gözəl dizayndan ibarət deyil. Uğurlu olmaq üçün ziyarətçilərinizin məqsədlərinə çatmasını təmin etməlisiniz. Sizin veb-saytınız bu meyarlara uyğun omalıdır.

Və məhz bugün İnteractive Media komandası olaraq sizi düzgün istiqamətləndirəcək sadə, amma effektiv veb-sayt test və təkmilləşdirmə metodundan danışaqcayıq. Bu metodlar siz istənilən veb-sayt, tətbiq və ya onlayn mağaza üçün uyğunlaşdıra bilərsiniz. 

“5 saniyə” testi

İlk təəssürat bir saniyədən də az vaxtda formalaşır. Bu yalnız şəxsi görünüş üçün deyil, bəlkə də daha çox veb-saytınız və ya onlayn mağazanız üçün doğrudur. Buna görə də ilk təəssüratı yaxşılaşdırmaq üçün 5 saniyəlik testdən istifadə edin.

5 saniyəlik test nədən ibarətdir?

Bu, istifadə rahatlığını qiymətləndirmək üçün bir üsuldur. Kiməsə veb-saytınızı, tətbiqinizi və ya onlayn mağazanızı cəmi 5 saniyə göstərirsiniz və sonra onlardan nəyi xatırladıqlarını və hansı təəssürat aldıqlarını soruşursunuz.

Tətbiqetmə üsulu?
1️⃣ Ana səhifəni real vaxtda, fiziki olaraq, izləyicilərə 5 saniyə göstərin
2️⃣ Nə xatırladıqlarını soruşun
3️⃣ Cavabları analiz edin
4️⃣ İlk təəssüratı yaxşılaşdırın
5️⃣ Lazım gələrsə təkrarlayın

Prototip testi

Əgər veb-saytınız və ya tətbiqinizi hazır deyilsə, problem deyil — yenə də test edə bilərsiniz! Prototip testi ilkin konsepsiyanı yoxlamaq üçün istifadə olunur. Bu, inkişaf mərhələsindən əvvəl geridönüş toplamağa kömək edir və problemləri erkən aşkar etməyə imkan yaradır.

Sadəcə bir kağız üzərində ideyanızı çəkin. İstəsəniz daha peşəkar alətlərdən istifadə edərək kliklənə bilən prototiplər də hazırlaya bilərsiniz.

Tətbiqetmə prosesi:

  • Əsas funksiyaları simulyasiya edin
  • Hədəf auditoriyanıza uyğun iştirakçılar seçin
  • Onlardan simulyasına olunmuş vebsaytı (tətbiqi) ümumi olaraq gözdən keçirtməni istəyin
  • Harada çətinlik çəkdiklərini müşahidə edin
  • Qeydlər aparın və analiz edin

Bu metod ideyanızın ümumiyyətlə işləyib-işləməyəcəyini anlamağa kömək edir — vebsaytı yaratmadan əvvəl!

Üstünlük testi 

Bu testdə iştirakçılara müxtəlif dizayn variantları göstərilir və onların hansını daha çox bəyəndikləri müəyyən edilir.

Sizə lazım olan elementlər:

  • Müxtəlif variantlar hazırlayın (mətn, dizayn, başlıq və s.)
  • Hədəf auditoriya
  • Onlara seçim etdirməklə yanaşı suallar verin

Bu metodu prototip testi ilə birləşdirə bilərsiniz. A/B testindən əsas fərqlənmə nöqtəsi, trafikdi.Trafikiniz azdırsa, bu sizin üçün ideal seçimdir.

İlk Klikləmə Testi

İlk klik testini vebsaytınızın və ya tətbiqinizin müştəri səyahətinin və strukturunun effektivliyini optimallaşdırmaq üçün bir metod kimi istifadə edin. Bu test istifadəçilərin məqsədə çatmağa çalışarkən ilk olaraq haraya klik etdiklərinə fokuslanır. İştirakçıları müşahidə edərək onların tapşırıqları səmərəli şəkildə yerinə yetirmək üçün optimal yolu tapıb-tapmadığını müəyyən edə bilərsiniz. Və bu müşahidələrə əsaslanaraq həmin yolu təkmilləşdirə bilərsiniz.

Testə başlamazdan əvvəl istifadəçilərin vebsaytınızda, mağazanızda və ya tətbiqinizdə yerinə yetirməli olduğu əsas hərəkətləri müəyyən edin. Məsələn: məhsul almaq və ya əvvəlcə həmin məhsulu tapmaq, xəbər bülleteninə qeydiyyatdan keçmək, formanı göndərmək və s. 

Bu sualları testinizlə cavablandırın:

  • İştirakçılar ilk olaraq haraya klik etdilər?
  • Bu nə qədər vaxt alır?
  • Onlar tapşırığı uğurla yerinə yetirə bildilərmi?
  • Harada çətinlik çəkdilər? Harada uğursuz oldular? Niyə?

İlk klik testləri istifadəçilərin dizaynla necə qarşılıqlı əlaqə qurduğuna dair dərhal rəy verir. Bu isə sürətli təkmilləşdirmələr etməyə imkan yaradır və sürətli marketinq mühitində olduqca vacibdir.

Sessiya Qeydləri

Sonda isə sessiya qeydlərindən danışaq. Onlar istifadəçilərin vebsayt, mağaza və ya tətbiqdəki qarşılıqlı qeyd edir və yenidən göstərir. Bu qeydlər istifadəçi sessiyalarının video kimi təkrarını təqdim edir. Onlar istifadəçilərin interfeys üzrə necə hərəkət etdiyini, haraya klik etdiyini, nəyə baxdığını və elementlərlə necə qarşılıqlı əlaqə qurduğunu dəqiq göstərir. Əsasən bu, istifadəçinin vebsayta baxmasının ekran yazısıdır.

Sessiya qeydləri istifadəçi davranışı haqqında klassik statistik analiz alətlərindən (məsələn, Google Analytics) daha dərin və keyfiyyətli məlumat təqdim edir. Real istifadəçi davranışını izləməklə siz onların sayt və ya tətbiqlə real vaxtda necə qarşılıqlı əlaqə qurduğunu anlaya bilərsiniz.

Uğurlu veb-sayt yaratmaq üçün sadəcə gözəl dizayn kifayət deyil-əsas olan istifadəçilərin məqsədlərinə rahat və sürətli şəkildə çatmasıdır.Bizim metodlar sizə istifadəçi davranışını daha yaxşı anlamağa və problemləri erkən mərhələdə aşkar etməyə kömək edir.Bu metodları mütəmadi tətbiq edərək veb-saytınızı, tətbiqinizi və ya onlayn mağazanızı addım-addım təkmilləşdirə və daha effektiv nəticələr əldə edə bilərsiniz.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir