karyera bolmesini gosterirGəlin Karyera Səyahətinizə Etibarlı Yoldaşla Birgə Davam Edin!

Onlayn marketinq agentliyi olan Interactive Media internet marketinq sferasında əməkdaşlarına inkişaf etmək və ideyalarını həyata keçirmək üçün böyük imkanlar yaradan, onların bilik və təcrübələrinin mübadiləsini təmin edən bir şirkətdir. Qısa zaman ərzində bir çox xidmət sahələrimizdə (qüsursuz veb sayt dizaynı, seo və s.) artıq onlayn marketinq bazarında liderə çevrilmişik.

Bizim uğurlarımız ilk növbədə komandamızın, hər bir əməkdaşımızın uğurudur. Azərbaycan internet marketinq bazarının inkişaf tempindən asılı olaraq onlardan yüksək peşəkarlıq, fədakarlıq və daim təşəbbüs tələb olunur. Biz komandamızda internet marketinq bazarının fərqli sferalarında çalışmış mütəxəssisləri, habelə digər istiqamətlər üzrə peşəkar kadrları – ixtisaslaşmış, məqsədyönlü, enerjili və öz uğuruna inanan insanları görməyə şad olarıq.

Namizədlər üçün ümumi tələblər:

– Yüksək məsuliyyət;
– Ali təhsil;
– İnternetlə işləməyə böyük həvəs;
– İnglis dili ən az orta səviyyə və ya yüksək səviyyədə rus dili;
– Üçüncü və ya dördüncü kurs tələbələri və ya universiteti bitirmiş gənc kadrlara üstünlük verilir.


Kampaniya Meneceri (Asistant)

Onlayn kampaniyaları tam nəzarətə almaq üçün bizimlə praktiki təcrübə ilə yanaşı, nəzəri biliklərinizi də onlayn sertifikat alaraq möhkəmləndirməli olacaqsınız.

– Menecment, marketinq və ya iqtisadiyyat sahəsində təhsil arzuolunandır;
– Onlayn marketinqə yüksək maraq;
– Riyazi hesablamaya maraq və statistika ilə işləmə bacarığı;
– Analitik düşünmə bacarığı;
– İnovativlik və təşəbbüskarlıq;
– MS Excel bilikləri, xüsusilə Pivot Tables ilə işləyə bilmək.


Flash & Qrafik Dizayner

– Adobe Photoshop, Adobe Illustrator və ya CorelDRAW programlarında sərbəst işləmək bacarığı;
– Adobe InDesign bilikləri əlavə üstünlükdür;
– Ali təhsil texniki və ya incəsənət sahəsində;
– Statik qrafik bannerləri və dinamik flash-bannerləri hazırlamaq bacarığı;
– Təşəbbüskarlıq və kreativlik.


Veb Proqramçı

– Texniki sahədə təhsil;
– HTML5 , CSS3 və Jquery mütləq;
– PHP, MySQL və s. bilikləri;
– WordPress-də sürətli işləmə bacarığı;
– CodeIgniter Web Framework arzuolunandır;
– Responsive saytları hazırlama təcrübəsi;

Yuxarıda göstərilən vakansiyalar üçün özünü uyğun hesab edənlərdən tərcümeyi halını (CV) pdf formatında [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Bundan əlavə, vakansiyalar ilə uğun olmayan, lakin özünü internet marketinqin hər hansı bir sahəsində tamamilə fit sayan namizədlər CV-lərini göndərə və şirkətə mümkün tövhələrini email vasitəsilə bizə çatdıra bilər. Göndərilən hər bir email çox diqqətlə oxunacaq və sizə mümkün ən qısa zamanda növbəti mərhələyə dair cavab veriləcək.