YouTube dünyanın Google-dan sonra ən çox istifadə olunan veb saytıdır. Artıq dünyanın bir çox ölkələrində YouTube istifadəsi televiziya istifadəsini ötüb keçmişdir. Ölkəmizdə isə YouTube artmaqda olan bir populyarlığa sahibdir. Bu video paylaşma saytında reklam verərək siz çox geniş kütləyə çıxış əldə edə bilərsiniz. Digər onlayn reklamlarda olduğu kimi YouTube reklamları zamanı da bir çox hədəfləmə imkanları sayəsində daha dəqiq hədəf kütləsinə çatmaq mümkündür. YouTube-da aşağıdakı formalarda reklam yerləşdirə bilərsiniz:
Youtube Reklamları
- Home
- Səhifə
- Youtube Reklamları
Axtarış Nəticələrində
YouTube reklamları saytın axtarış nəticələrində verildiyi zaman reklamlar YouTube-da axtarış aparıldıqdan sonra nəticələrin üst qismində görsənir. Bu zaman ödəmə yalnız istifadəçinin reklam olunmuş videonu kliklədiyi təqdirdə həyata keçirilir.
Videonun Yanında
Bu formada reklam istifadə olunduğu zaman YouTube reklamları izlənilən videonun sağ üst qismində banner formatında və ya video olaraq təklif olunan videoların ilk sıralarında göstərilir. İstifadəçi banneri və ya videonu kliklədiyi təqdirdə ödəmə həyata keçirilir.
Yayın Zamanı Video Reklamlar
Sizin video reklam yayımlanan videonun əvvəlində, ortasında və ya sonunda göstərilə bilər. Bu zaman istifadəçi 5 saniyə videonu məcburi izlədikdən sonra “Skip” düyməsinə basaraq reklamı keçə və ya reklam videosonu sona qədər izləyə bilər. Bu cür YouTube reklamları üçün ödəmə istifadəçi reklam videosunu ən az 30 saniyə izlədiyi təqdirdə həyata keçirilir.
Mətn reklamları
Video yayımlanan zaman videonun alt qismində dördkünc banner formasında olur. Ödəmə banner klikləndiyi və istifadəçinin sizin veb sayta keçdiyi zaman həyata keçirilir.