Sayt Açmaq və ya Sayt Yaratmağın Üstünlükləri
Əvvəla qeyd edək ki, saytların yığılması xidməti ilə maraqlanırsızsa zəhmət olmasa müvafiq düyməyə klikləyin. Aşağıdakı məqaləmizdə isə sayt açmaq prosesindən bəhs edəcəyik.
Son illərdə saytların yaradılması demək olar ki, bütün şirkətlərin uğurlu fəaliyyətinin ilkin şərtlərindən birinə çevrilmişdir. Belə ki, web sayt açmaq böyüklüyü və fəaliyyət sahəsindən asılı olmayaraq şirkətlərə bir çox üstünlüklər qazandırır. Sayt yaratmaq prosesinin başlıca əhəmiyyəti onun şirkətin onlayn mövcudluğunu təmsil etməsidir.
Bu gün kəskin rəqabət şəraitində onlayn fəaliyyət göstərməmək şirkətin rəqabət qabiliyyətinə mənfi təsir göstərir. Müasir dövrdə müştərilər istədikləri bütün informasiyaları onlayn şəkildə əldə etməyə üstünlük verir. Buna görə də, sayt açmaq istəməyən şirkətlər rəqibləri ilə müqayisədə potensial müştəriləri itirməyə daha meylli olurlar.
Veb sayt açmaq bir çox insanlar üçün olduqca mürəkkəb, xeyli vaxt və xərc tələb edən bir prosess kimi görünür. Əslində isə bu, web saytların hazırlanması işini kimə etibar etdiyinizdən asılı olaraq dəyişə bilir. Sayt açmaq işini peşəkarlara həvalə etdiyiniz təqdirdə, siz qısa zaman çərçivəsində yüksək peşəkarlıqla hazırlanmış, müasir və kreativ dizayna sahib, funksional veb dizayna sahib ola bilərsiniz.
Sayt sifarişi edən zaman bu işi etibar edəcəyiniz komanda ilə qarşılıqlı şəkildə aydınlaşdırmalı olduğunuz bəzi nüanslar vardır. Buraya saytın dizaynı, funksionallığı kimi bir sıra məsələlər daxildir. Bu məsələləri ilkin mərhələdə dəqiqləşdirməyiniz daha məsləhətlidir. Çünki sonrakı mərhələlərdə dəyişikliklərin edilməsi əlavə vaxt itkisi ilə nəticələnə bilər.
Ümumilikdə, sayt yaratmaq prosesini bir neçə mərhələyə ayırmaq olar. İlkin mərhələ, əsasən, yeni yaradılacaq sayt haqqında dəqiq məlumatların toplanmasını əhatə edir. Məhz bu mərhələdə saytda yer alacaq və yer almayacaq bütün məsələlər aydınlaşdırılmalıdır. Çünki, bu informasiyalar sayt açmaq üçün bir növ baza rolunu oynayacaqdır.
İkinci mərhələdə saytın ümumi kontenti qurulur, burada yer alacaq bölmələrə qərar verilir.
Növbəti mərhələ saytın dizayn mərhələsi olub, saytınızın vizual görüntüsü üzərində işləməyi nəzərdə tutur. Buraya sizin korporativ rənglərdən istifadə kimi bir sıra dizayn işləri aiddir.
Bundan sonra isə sayt yaratmaq mərhələsi tamamlanır. Burada sizin müəyyən dəyişikliklər etmək şansınız olacaqdır.
Daha sonra isə sayt test mərhələsindən keçirilir və onun tam işlək versiyada olduğundan əmin olduqdan sora sayt sifarişçiyə təhvil verilir və bununla da, sayt açmaq prosesi başa çatır.
Sayt hazırlanması tamamlandıqdan sonra isə saytınızda interaktivliyi artırmaq üçün müxtəlif xidmətlərdən istifadə edə bilərsiniz: SEO xidməti, SMM xidmətləri, Google reklamları.