SMM Xidməti
- Home
- Sosial Media Marketinq…
Sosial media marketinq günümüzün və gələcəyin ən effektiv reklam modellərindən biridir. Bu səbəbdəndir ki, SMM xidməti dünyanın tanınmış brendləri tərəfindən xüsusi diqqət mərkəzində saxlanılır. Minimum reklam xərci, maksimum tanınırlıq bu reklam növünun başlıca xüsusiyyətləridir. SMM şirkəti olaraq Sosial platformada biz ümumi bir kütlə yerinə sizin məhsullara daha uyğun insanları tapıb reklamınızı onlara çatdırırıq. Məsələn, əgər siz uşaq geyimi mağazası sahibisinizsə biz sizin reklamlarınızı evli və ya valideyn olmuş insanlara göstəririk. Bu da sizi əlavə büdcə xərclərindən azad etmiş olacaq. Bizim digər SMM şirkətləri ilə müqayisədə fərqimiz bizim hədəfimizin sadəcə sosial media deyil, bizneslərin ümumi marketinq fəaliyyətinin gücləndirilməsinə yönəlməsidir. Bir çox platformalarda əlaqəli şəkildə onlayn reklam faəliyyəti adətən qarşımıza qiyduğumuz hədəfə daha tez çatmağa imkan yaradır.
Bizim SMM xidmətərimizə sizin sosial media hesablarınızın idarəsi, səhifələrin peşəkar formada yaradılması, postların hazırlanması, ödənişli reklamlar, professional foto və videoların çəkilişi və s. daxildir. Hesabların idarə edilməsinə nisbi idarəetmə və ya tam cavabdehliyi ələ almaq daxildir. SMM xidmətinin qiyməti sosial media hesablarında görüləcək işlərin həcminə görə dəyişə bilər. Ancaq ümumi olaraq SMM xidməti zamanı potensial olaraq görülə biləcək aşağıdakı işləri qeyd edə bilərik:
Sosial media hesablarının idarə edilməsi
- Biznesinizin rəqiblərinizə və fəaliyyət göstərdiyiniz sahəyə dair həm beynəlxalq, həm də yerli şirkət nümunələrinə əsasən qiymətləndirilməsi və buna uyğun olaraq, xüsusi bir SMM planının tərtib olunması;
- Facebook, Instagram, Twitter, LinkedIn, Youtube platformalarında biznes hesabların yaradılması və idarə olunması;
- Sosial media hesabları üçün professional profil, cover və şüar şəkillərinin hazırlanması;
- Biznesinizə dair müvafiq informasiyaların hesablarınıza əlavə edilməsi;
- Təklif etdiyiniz xidmətlərə dair uyğun bölmələrin yaradılması, dizayn edilməsi və məlumatların yerləşdirilməsi;
- Hər bir sosial media platformasında məhsul və xidmətlərinizə dair müvafiq bölmələrin əlavə olunması, dizayn edilməsi, məlumatların yerləşdirilməsi və funksiyalardan maksimal dərəcədə effektiv istifadə olunması;
- Paylaşımların sayı müştəri ilə əvvəlcədən razılaşdırılır;
- Paylaşımlarda dizayner tərəfindən dizayn edilmiş, keyfiyyətli şəkil və videolardan istifadə olunması;
- Slide show-ların, 2d və 3d animasiyların və peşəkar səsləndirmə ilə müxtəlif formalarda video roliklərin hazırlanması;
- Paylaşımlarda rus və ingilis dillərinə də yer verilməsi;
- Bayram və digər xüsusi günlərə aid xüsusi paylaşım edilməsi;
- 100 000-lik izləyici kütləsinə malik Instagram səhifəsində ödənişsiz reklam edilməsi;
- Ödənişli saytlardan sərfəli qiymətə çox keyfiyyətli və tamamilə unikal şəkillərin alınması;
- SMM agentliyi tərəfindən sosial media hesablarının izləyici sayının müxtəlif vasitələrlə artırılmsı;
- Əlaqə vasitələrinizə dair məlumatların bütün paylaşımlarda qeyd olunması;
- Şirkətiniz və xidmətləriniz haqqında düzgün, lakonik, informativ və kreativ paylaşımların hazırlanması;
- Səhifədə interaktivliyi artırmaq və insanların maraq dairəsində olacaq paylaşımlara yer verilməsi;
- Paylaşım və hesablarınıza düzgün hədəf kütləsinin cəlb edilməsi;
- Daha geniş kütləyə xitab etmək və onların maraq dairəsinə daxil olmaq məqsədi daşıyan kampaniyaların hazırlanması və idarə olunması;
- Daxil olan müraciətlər üçün avtomatik cavablandırma sisteminin tətbiqi, daha sonra isə onların cavablandırılması və ya yönləndirilməsi;
- 4 qat full HD kamera ilə professional foto və video çəkiliş edilməsi, müxtəlif effektlərin tətbiqi və montaj olunnası;
- Ay ərzində həyata keçirilən fəaliyyətlərə dair aylıq hesabatların təqdim olunması.
Sosial media hesablarında reklam
- Biznesinizə və müştəri hədəf kütlənizə uyğun düzgün reklam formalarının təyin olunması.
- Reklamın məzmununa müvafiq və diqqət çəkən mətnin yazılması.
- Reklam üçün biznesinizə uyğun müştəri hədəf kütləsinin təyin olunması.
- Reklam zamanı Cross-Marketinq, Lookalike, Retargeting, Custome Audience və s. elementlərinin strateji məqsədlər üçün istifadə edilməsi (Əksər SMM şirkətlərindən fərqli olaraq biz SMM-i dizaynerin müxtəlif formalarda şəkil və ya video hazırlamasından və SMM menecerin onu paylaşmasından ibarət qətiyyən hesab etmirik).
- Reklamların daha effektiv nəticələr verməsi üçün müvafiq düymələrin əlavə olunması.
- Reklam büdcənizin effektiv idarə olunması.
- Reklam xidmətlərimizin nəticələrinə dair aylıq hesabatların təqdim olunması.
Qeyd edək ki, yuxarıda qeyd olunan xidmətlərdən istifadə etmək sizə aşağıdakı avantajları qazandıracaq:
- Geniş bir kütlə sizin şirkətiniz haqqında məlumatlı olacaq;
- Müştəri hədəf kütlənizlə ünsiyyətdə olmaqla onlarda özünüzə qarşı inam yaradacaqsınız;
- Sosial mediadan istifadə edən insanların göz yaddaşında qala biləcək və ehtiyac olduqda onların sizi asanlıqla xatırlamasına imkan verəcəksiniz;
- Veb saytınıza və ya sosial media hesablarınıza baş çəkən istifadəçilərin sayını artıra biləcəksiniz;
- Müştərilərinizin təklif etdiyiniz xidmət və məhsullara dair təklifləri, şikayətləri, gözləntiləri barədə birbaşa olaraq onların özündən məlumat ala biləcəksiniz;
- Rəqib şirkətlərlə rəqabətdə daha rəqabətcil ola biləcəksiniz;
- Və nəhayət, satış həcmini artırmaqla gəlirlərinizi də artırmış olacaqsınız.
Ayrı-ayrı sosial media reklamları haqqında
FACEBOOK REKLAMLARI
Hazırda 1.3 milyard istifadəçisi ilə dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook şübhəsiz ki, marka sahibləri üçün uğurlu reklam platformalarından biridir. Facebook sosial media marketinq üçün ən effektli platformalardan biridir. Bu platformda siz məhsul və ya xidmətinizi coğrafi mövqeyə (ölkə, şəhər), demoqrafik göstəriciyə (yaş, cinsiyyət, ailə statusu) görə səciyyələndirib reklam edə bilərsiniz. Bundan başqa, Facebook sizin istəyinizə və hədəflərinizə uyğun aşağıdakı reklam modellərini təklif edir.
- Veb saytınızın traffikinin artırılması
- Marka tanınırlığının artırılması
- Messenger reklamı
- Facebook səhifənizin izləyicilərinin artırılması
- Mağaza ziyarətlərinin artırılması
Yuxarıda göstərilən və bir çox başqa reklam növlərinin birini və ya bir neçəsini seçməklə biz sizin qarşınıza qoyduğunuz məqsədinizə tez bir zamanda çatmağa vasitəçi olacağıq.
INSTAGRAM REKLAMLARI
Dünyada və eləcə də ölkəmizdə daha çox gənclərin aktiv olduğu, lakin hər yaş qrupundan olan insanların asudə vaxtlarını keçirdiyi və istifadəçilərinin gündən-günə artdığı Instagram 2015-ci ildən reklam platformalarını açıq elan etmişdir. Facebook reklamlarında olduğu kimi Instagram reklamlarında da göstəriş sayına (CPM) və klikləmə sayına görə (CPC) ödəniş formaları mövcuddur. Bu da bilavasitə sizin hədəfinizə uyğun çox az büdcə xərci deməkdir. Instagram sizə üç reklam modeli təklif edir:
- Bir-şəkilli reklam modeli
- Çox-şəkilli reklam modeli
- Video reklam modeli
Əlbəttə, bu reklam modellərinin istifadəsi zamanı istifadəçilərin reklam təcrübəsi də nəzərə alınır. Belə ki, bəzi istifadəçilər şəkil reklamlarına reaksiya verirlərsə, digərlərinin diqqətini daha çox video reklamları çəkir.
Əgər instagram reklamlarını özünüz həyata keçirməyə qərar vermisinizsə, bu yolda sizə yardımçı olacaq ən mühüm strategiyaları bloqumuzda tapa bilərsiniz.
LINKEDIN REKLAMLARI
Bəzi SMM şirkətləri Bakıda və ümumiyytlə Azərbaycanda Linkedin və Twitter reklamlarına çox önəm verməsələr də, biznesin fəaliyyət istiqamətindən asılı olaraq bu reklamlar xeyli effektiv performans göstərə bilər. LinkedIn SMM xidməti üçün digər vacib platformadır. Lakin Instagram və Facebook kimi nisbətən əyləncə xarakterli sosial şəbəkələrldən fərqli olaraq LinkedIn-nin auditoriyasını professional peşələrin insanları təşkil edir. Bu LinkedIn reklamlarına daha effektli hədəfləmə imkanı verir. Bu səbəbdən də LinkedIn reklamları digər sosial platformalardan daha yüksək qiymətə başa gəlir. LinkedIn bir neçə reklam növü təklif edir:
- Mətn reklamları
- Display reklamları
- Dinamik reklamlar
- Sponsorlu məzmun
- Sponsorlu InMail
TWITTER REKLAMLARI
Bəzi SMM agentlikləri tərəfindən nəzərdən qaçırılan ancaq son zamanların populyar sosial media platformalarından biri də Twitter-dir. Twitter-in istifadəçilərə təklif etdiyi reklam modelləri aşağıdakılardır:
- Promoted trend
- Promoted account
- Promoted tweet
- Twitter video reklamları
- Twitter app yükləmə reklamları
LinkedIn və Twitter reklamlarının növlərinin mahiyyəti və funksiyaları haqqında ətraflı məlumatı bloqumuzun müvafiq məqaləsindən əldə edə bilərsiniz.