Web Dizayn, Veb Dizayn, Veb Sayt Xidmətləri
Saytların yığılması xidməti ilə maraqlanırsınızsa müvafiq keçiddən istifadə edə bilərsiniz. Bu məqaləmizdə isə veb dizayn haqqında danışacağıq.
Veb dizayn saytların hazırlanması prosesidir. Veb saytın kontenti, görünüşü və necə işləməsi veb dizaynla müəyyən olunur. Veb dizayn prosesi saytın strukturu, burada yer alacaq şəkil və yazılar, eləcə də, interactive funksiyalardan istifadənin layihələndirilməsi, planlaşdırılması və həyata keçirilməsini əhatə edir.
Veb dizaynı daha öncələr saytların yalnız kompüter versiyası üçün nəzərdə tutulsa da, hal-hazırda telefon və planşet versiyaları üçün də həyata keçirilməkdədir. İnsanlar internetə baxmaq üçün müxtəlif cihazlardan istifadə edirlər ki, bu da veb saytın müxtəlif cihazlar üçün optimallaşdırılmasını tələb edir. Müştəri telefonda optimallaşdırılmamış veb saytdan istifadə etdikdə keçidləri klikləmək və ayrı-ayrı səhifələrə keçməyi çətinləşəcək, lakin optimallaşdırılmış sayt olsa telefon, planşet, kompüter və ya digər cihazla istifadə olunmasından asılı olmayaraq onu sadə və asan istifadə edəcək. Həm kompüter, həm də mobil versiyada geniş şəkildə istifadə olunan veb dizaynlar adaptiv və responsiv dizaynlardır. Hər iki dizayn saytların müxtəlif versiyalarda optimal işləməsi məqsədi daşıyır.
Saytların yaradılması zamanı professional veb dizayn sizə aşağıdakı üstünlükləri qazandıracaq:
– Müştəri məmnuniyyəti. Peşəkar dizayna malik veb sayt açmaq ziyarətçilərin gözləntilərini qarşılayır və onları lazım olan məlumatlarla vaxtında təmin edə bilir, mürəkkəb və lazımsız nüanslara malik olmur.
– Axtarış sistemlərinin optimizasiyası (SEO). SEO – Search Engine Optimization xidməti vasitəsilə saytınız yaradıldıqdan sonra düzgün web dizayn ilə veb sayt axtarış sistemlərinin oxuya biləcəyi şəkildə kodlaşdırılır və bununla sayt axtarış sistemlərində müvafiq açar sözlərlə daha ön sıralarda çıxarılır.
– Texniki problemlərin qarşısının alınması. Uzun gözləmə müddəti, aktiv olmayan linklər kimi kiçik görünən texniki problemlər ziyarətçilərdə mənfi fikir yaratmaq və potensial müştəriləri itirməyə səbəb ola bilir. Saytınız yüksək sürətlə işləməlidir. Tədqiqatlar göstərir ki, bir veb səhifənin yüklənməsi 3 saniyədən çox çəkdikdə, veb sayt dizaynı nə qədər gözəl olsa da, ziyarətçilərin əksəriyyəti saytı tərk edir. Professional veb dizayn bu kimi mənfi halları aradan qaldırmağa imkan verir.
İstifadəçi rahatlığını təmin edən veb saytların yığılması üçün aşağıdakı faktorlar da nəzərə alınmalıdır:
Naviqasiya: Saytın quruluşu, menusu və digər naviqasiya alətləri istifadəçilərin saytdan necə istifadə edəcəyini nəzərə alaraq hazırlanmalıdır. Bu insanların axtardıqları məlumatları effektiv bir şəkildə əldə edə bilməsi üçün önəmlidir. Veb saytınız nə qədər mürəkkəb olsa da, saytı ən başa düşülən şəkildə menyu ilə planlaşdıra bilərsiniz. Hər kliklənmiş səhifəyə həmin səhifəyə xas olan bölmələr əlavə edilə bilər. Alt menyular və onlara qoşulmuş 2-ci və 3-cü pilləli menyular yaratmaq mümkündür. Menyu veb saytda naviqasiyanı asanlaşdırmaq üçün istifadə olunan struktur elementdir. Bu sayədə istifadəçilər sayt daxilində vacib səhifələrə və bölmələrə tez və rahat şəkildə daxil ola bilirlər.İstifadəsi asan veb saytlar daha çox istifadəçi cəlb etmək potensialına malikdir.
Multimedia: Uyğun video və audio vasitələrdən istifadə etmək istifadəçiləri veb saytda daha uzun müddət saxlamaq və informasiyanı onlara daha effektiv şəkildə çatdırmaq baxımından önəmlidir. Bunun üçün bu vasitələrdən istifadə etdikdə ən uyğun yerə yerləşdirilməlidir.Eyni zamanda bunlar sizin brendinizə uyğun planlanmalıdır.Şirkətin loqosu, vebsaytda istifadə olunan rənglər şirkətin korporativ rəngləri ilə düz mütənasib olmalıdır.
Uyğunluq: Veb dizayn fərqli axtarış və əməliyyat sistemlərinə uyğun olduqda və bütün sistemlərdə bərabər keyfiyyətdə fəaliyyət göstərdikdə daha çox istifadə olunur. Bununla siz müştəri itkisi ilə qarşılaşmayacaqsınız və istənilən sistemdə brendinizi nümayiş etdirə biləcəksiniz.
Texnologiya: Texnologiyanın inkişafı veb dizayn sahəsində daha çox yeniliklər tətbiq etməyə və daha dinamik, professional veb sayt yaratmaq imkanı verir. Estetik cəhətdən mükəmməl olmaq əvəzinə, daha yaradıcı və istifadəçilərlə əlaqə saxlayan məzmuna diqqət yetirmək daha effektiv olacaq. Ən son trendlərə uyğun animasiyalı keçidlər veb saytınıza daha çox dinamiklik qataraq daha cəlbedici edəcək.
İnteraktivlik: Sayt istifadəçilərini daha aktiv olmağa sövq etmək olduqca önəmli addımdır. Sayt istifadəçilərini real müştərilərə çevirmək üçün email forumlarından və xəbər bülletenlərinə abunəlikdən istifadə etmək mümkündür. Bununla istifadəçilər saytınızda daha çox vaxt keçirmiş olacaq.
Zaman keçdikcə veb dizayn trendləri dəyişikliklərlə inkişaf etməyə davam edir. Əlbəttə, yeni trendlərin və texnologiyanın gətirdiyi xüsusiyyətlərdən istifadəniz fəaliyyət göstərdiyiniz sektordan asılı olaraq dəyişir. Lakin biznesinizin hansı sahədə olmasından asılı olmayaraq, yeniliklərlə sərbəst şəkildə öz ifadənizi yarada bilərsiniz.
Beləliklə, bu gün veb dizayn şirkətlərin onlayn mövcudluğunun önəmli bir hissəsini təşkil edir. Buna görə də, sayt sifarişi zamanı bu işi professionallara həvalə etmək lazımdır. Bizim komandamız peşəkar xidmətlərlə – SMM xidməti, SEO xidməti, web saytların yığılması və s. biznesinizə və məqsədlərinizə uyğun veb sayt hazırlamaq və onları müxtəlif onlayn kanallarda irəlilədə bilərsiniz.