Google Reklamları və Faydaları
- Home
- Google Reklamları və…
Google axtarış sistemi üzrə dünyada ən çox bazar payı olan şirkətdir. Azərbaycanda isə birmənalı olaraq bazar lideridir. Gün ərzində Google-da 3.5 milyard axtarış aparılır. Habelə, təklif olunan məhsulların çoxluğu və internetin inkişafı ona gətirib çıxarmışdır ki, artıq istehlakçılar məhsulu almadan əvvəl məhsul barəsində onlayn araşdırmalar aparır. Buna görə də, Google axtarış reklamları hər bir biznes üçün əvəzolunmaz bir vasitəyə çevrilmişdir. Google reklamları bir neçə gün ərzində reklamlarınızın hədəf kütlənizin qarşısına çımasına imkan yaradır. Google hesabı yaradıldıqdan sonra google reklamları və kampaniyaları izləmək üçün həm sifarişçi, həm də icraçı üçün adminlik yaradılır. Buradan google reklamlarının performansına nəzarət edə, əlavə düzəlişlər təklif edə, və ya kampaniyaların idarəsini tamamilə ələ ala bilərsiniz. Nəzərə almaq lazımdır ki, SEO xidmətindən fərqli olaraq Google reklamları zamanı həm icraçıya xidmət haqqı ödənilir, həm də Google reklam büdcəsinə vəsait ayrılır. Birinci xidmətdə isə yalnız yalnız xidmət haqqı ödənilir, lakin bu proses reklamlardan fərqli olaraq yavaş irəliləyən və uzun çəkən prosesdir.
Dərhal Trafik
Ümumiyyətlə, veb saytların yaradıldıqdan sonra Google axtarış sistemində yer ala bilməsi uzun müddət (3 aydan 12 ayadək) tələb edir. Bunun üçün veb sayt sahibləri uzun müddətli axtarış sisteminin optimallaşdırılması, başqa sözlə SEO (Search Engine Optimization) kampaniyaları həyata keçirməli olurlar. Google reklamları isə kampaniyaya start verildiyi andan etibarən 24 saat ərzində artıq görünürlük əldə edir və veb sayta ziyarətçi toplamağa başlayır. Bu, xüsusilə də yeni bizneslər üçün bazara tez bir zamanda çıxış əldə etmək üçün çox əlverişli imkanlar yaradır.
Düzgün Vaxtda Müştəri Önündə
Reklam sektorunun ən böyük problemlərindən biri də reklam verilən zaman reklamın düzgün kütləyə çatdırılmasına baxmayaraq insanların məhsula həmin vaxt ehtiyaclarının olmamasıdır. Bunu müəyyən etmək və ya ölçmək isə çox çətin bir prosesdir. Google-da reklam isə insanların məhsul üçün axtarış apardıqlarında, onlara ehtiyacı olan vaxtda ortaya çıxır. Bununla, alıcı ilə satıcı arasında əlaqə ən müvafiq zamanda baş vermiş olur.
Hədəflənmiş Reklamlar
Marketinqin əsas qanunlarından biri də reklamın dəqiqliklə hədəf kütləyə çatdırılmasıdır. Axtarış sistemində istifadəçi yazdığı sorğuya (query) əsasən reklam verildiyinə görə bu problem aradan qaldırılmış olur. Lakin istifadəçinin hansı açar sözləri (keywords) yazarkən biznes üçün uyğun və ya potensial müştəri olmasını müəyyən etmək son dərəcə vacibdir. Bunun üçün google reklamı zamanı biz sizin biznesi və hədəf kütlənizi ətraflı öyrənir, ona uyğun müxtəlif onlayn qurğular vasitəsilə açar sözlər hazırlayır və bu açar sözləri göstərdikləri performansa uyğun daimi olaraq təkmilləşdiririk. Bundan əlavə, reklamın istifadəçiyə uyğunluğunu artırmaq üçün axtarış sistemində orjinal nəticələrdən fərqli olaraq istifadəçi kliklənmə zamanı birbaşa əsas səhifəyə (home page) deyil, yazılmış açar sözünə ən uyğun olan veb sayt səhifəsinə ötürülür. Beləliklə, biz istifadəçinin arzu olunan fəaliyyəti həyata keçirmədən veb saytı tərk etmə ehtimalını azaltmış oluruq. Reklam başlıqlarının (headline) istifadəçi açar sözünə uyğun avtomatik olaraq dəyişməsi kimi qabaqcıl biliklərimiz sayəsində isə sizin gogole reklamı istifadəçi üçün digər rəqiblərinizdən daha uyğun edir və beləliklə, siz kliklənmə ehtimalını əhəmiyyətli dərəcədə artırmış olursunuz.
Sərhədsiz Çıxış
Google-da reklam vasitəsilə iri və orta həcmli şirkətlər öz hədəf kütlələrinə yalnız Azəbaycan daxilində deyil, ölkəmizin hüdudlarından kənarda da çata bilərlər. Bu, xüsusən turizm sahəsində fəaliyyət göstərən bizneslər üçün əvəzolunmaz şərait yaradır. Belə ki, ölkəmizə turist axınının gözə çarpacaq dərəcədə artdığı bir dövrdə Azərbaycanda öz səyahət planlarını hazırlayan turistlər yerli otellərin, restoranların, aviakassaların və bir çox gəzinti-əyləncə məkanlarının birbaşa hədəf kütləsidirlər. Buna müvafiq olaraq biz hər bir biznesin istəyinə uyğun axtarış reklamları hazırlayır, hədəf kütləyə düzgün mesajı çatdırır və bunu həmin kütləyə uyğun olaraq ingilis, rus, alman, ərəb və türk dillərində həyata keçiririk.
Lokasiya Hədəfləmə
Reklamları müəyyən əraziyə hədəflənməsi və hansı gün və ya saatda reklamın axtarış sistemində görsənməsini müəyyən etmək Google reklamlarının ən önəmli xüsusiyyətlərindəndir. Hər hansı bir pizza dükanı bu funksiyadan istifadə edərək yalnız çatdırılma həyata keçirdiyi bölgələrdə reklamın axtarış sistemində görünməsini təmin edə bilər. Bununla, aidiyyatı olmayan kütləyə reklam verilməmiş və beləliklə, reklam büdcəsinə qənaət edilmiş olunur.
Xəritədə Görünmə
Smartfonların istifadəsinin artması ilə Google xəritələrinin də önəmi artmışdır. Artıq demək olar ki, hər Google axtarışında qarşımıza xəritə çıxmaqdadır. Bu xəritələr vasitəsilə müştəriləriniz firmanızın yerləşdiyi əraziyi asanlıqla tapa bilər. Bu xəritələr sadəcə firmanızın coğrafi mövqeyini deyil, eyni zamanda əlaqə nömrələrinizi, veb sayt adresinizi, email adresinizi, iş saatlarınızı və digər mühüm məlumatlarınızı göstərə bilər. Xəritədə görünürlük əldə etməklə siz axtarış sisteminin ilk səhifəsində daha geniş yer tutursunuz. Bununla, veb saytın kliklənmə ehtimalını və brend tanınırlığını xeyli artırmış olursunuz. Google xəritələrində yer almaqla siz Google axtarış səhifəsində, Google xəritə axtarışlarında və müxtəlif navigasiya cihazlarında görünürlülük əldə etmiş olursunuz.
Reklam Vaxtının Planlaşdırılması
Google axtarış reklamları zamanı digər bir önəmli funksiya isa reklamın hansı vaxt aralığında verilməsidir. Bu zaman isə bizneslər yalnız öz iş saatlarında reklam verərək bağlı saatlarda reklam üçün əlavə xərclər ödəmir. Bu funksiya özəl klinikalar, apteklər, restoranlar və s. üçün televiziya və digər ənənəvi reklamlardan fərqli olaraq reklam büdcəsinin maksimal həddə sərfəli xərclənməsini təmin edir.
Ölçülə Bilən
Bir çox oflayn (TV, qəzet, pankart və s.) reklamlardan fərqli olaraq hər bir reklamı klikləyən istifadəçinin kliklənmədən sonra veb saytda bütün fəaliyyətinin izlənməsi nəticəsində hansı reklamın daha effektiv olduğunu, hansı açar sözlərinin daha yaxşı performans göstərdiyini müəyyən etmək mümkündür. Bununla da biz sizin büdcənizi google reklamları ilə ən effektiv reklamlar üzərinə yönəldirik. Bundan başqa, onlayn qurğular vasitəsilə istifadəçilərin veb saytınızda hansı səhifədə nə qədər müddət qaldığını, veb saytı nə zaman tərk etdiyini və s. müəyyən edərək hədəf kütlənizi daha yaxşı tanıyır və buna uyğun olaraq səhifənizə müəyyən düzəlişləri vermək üçün tövsiyələr edirik. Beləliklə, siz reklam büdcənizdən maksimal dərəcədə yararlanmış olursunuz.
Brendin Tanıdılması
Hər birimizin bildiyi kimi, əksər böyük firmalar sadəcə brend adlarını tanıtmaq üçün milyonlarla dollarlar xərcləyirlər. Çünki, insanların hər hansı bir xidmət və ya məhsulun brendi ilə tanış olması brend sahibi şirkətin gəlirliliyi üçün son dərəcə önəmli rol oynayır. Biz sizin reklamları məhsul və ya xidmətinizlə maraqlanan insanlara göstərməklə sizin markanızın da hədəf kütləniz arasında yayılmasına və ya xatırladılmasına kömək etmiş oluruq. Ən yaxşısı isə odur ki, əgər potensial müştəri sizin reklamınızı görür amma klikləmirsə, siz heç bir pul ödəmədən brendinizin və ya veb saytınızın tanınırlığını artırmış olursununuz.
Beləliklə, yuxarıda qeyd etdiyimiz üstünlüklərdən də aydın olduğu kimi Google reklamları hər növ biznes üçün çox böyük önəm daşıyır. Xüsusilə də, istehlakçı davranışının internet üzərində qəlibləşdiyi bir dövrdə heç bir biznes digitallaşan marketinqə məhəl qoymaya bilməz. Biz sizə bu yolda hər tərəfli kömək olmağa hazırıq. Sizin onlayn və ya axtrış sistemi reklamı sahəsində hansı yolu qət etməyinizdən asılı olmayaraq, mütəxəssislərimiz sizin indiyə qədərki digital marketinq fəaliyyətlərinizi analiz edəcək və ondan daha uğurlu nailiyyətlərə çatmağınıza yardımçı olacaqlar.