Mobil Marketinq
- Home
- Mobil Marketinq
Amerikan Mobil Marketinq Təşkilatının (Mobile Marketing Association) verdiyi tərifə görə mobil marketinq bizneslərə öz hədəf kütlələri ilə mobil qurğular vasitəsilə uyğun və qarşılıqlı (interaktiv) formada əlaqə qurmağa şərait yaradan təcrübələr toplusudur.
Biz mobil marketinqi mobil reklamdan fərqləndiririk. Çünki, mobil marketinq sadəcə mobil qurğularda reklam vere bilmə bacarığı ilə məhdudlaşdırılmamalıdır.
Gəlin fikrimizi sözügedən tərifi təhlil edərək izah edək. Hər hansı bir reklamın uğur qazanması üçün gərək hədəflənən istehlakçı həmin reklama reaksiya verə, başqa sözlə, o reklamla qarşılıqlı əlaqədə ola. İstehlakçının diqqətini çəkmək və onun reklama reaksiya verməsi üçün isə reklamın həmin şəxsə uyğun olması vacibdir. Mobil cihazlardan istifadə edən potensial müştərilər isə yerləşmə, situasiya və ehtiyac baxımından fərqli davranış şəkilləri ilə müşahidə olunurlar. Fərqli müştəri davranışı zamanı uyğun reklam vermək üçün isə bizim marketinq təcrübələrimiz və texnoloji biliklərimiz köməyə gəlir. Beləliklə, biz sizə sadəcə mobil qurğularda reklam deyil, texniki və marketinq biliklərimizi sintezləşdirərək unikal mobil marketinq xidməti təklif edirik.
Mobil marketinq ilə aşağıdakı üstünlüklərindən faydalana bilərsiniz:
Mobil Marketinq – Location-Based Marketing
Bu zaman siz insanların daimi olaraq qaldığı yerdə deyil, hal-hazırda yerləşdiyi mövqeyə uyğun reklam verə bilərsiniz. Bu mobil marketinqin ən önəmli xüsusiyyətlərindənir. Məsələn, əgər siz hər hansı bir Mall-da mağaza sahibisinizsə həmin Mall-da olan hər kəsə reklam vermək imkanınız var. Bu cür reklam digər reklamlardan dəfələrlə artıq satış imkanları yaradır. İstifadəçinin yerləşdiyi mövqeyi müəyyən etmək üçün isə IP address, GPS, WiFi, Bluetooth kimi qurğulardan istifadə olunur. Ancaq xatırladaq ki, bu cür yerləşmə mövqeyi müəyyənləşdirmə istifadəçi razılığı olduqdan sonra mümkündür.
Mobil Marketinq – Daha Geniş Kütlə
Mobil (smartfon) istifadəçilərin sayı kompyuter istifadəçilərindən daha çoxdur. Bunda əlavə, mobil istifadəçilərin internetdə keçirdiyi ümumi vaxt kompyuter istifadəçilərinin keçirdiyi vaxtdan daha sürətlə artmaqdadır. Bütün bunlar sizə mobil marketinqlə daha böyük kütləyə çatmanıza imkan yaradır.
Mobil Marketinq – Daha Az Xərclər
Mobil marketinq nə qədər güclü mövqeyə sahib olsa da, yeni bir marketinq növüdür. Buna görə də, siz bu marketinq növündə daha az rəqabətlə qarşılaşacaqsınız və bu, daha az xərclərin yaranmasına gətirib çıxaracaq.
Mobil Marketinq – Sürətli Reaksiya
Daha bir mobil marketinq üstünlüyü sürətli reaksiyadır. Mobil istifədəçilər əsasən hərəkət halında olduğu üçün reklamlara daha sürətli reaksiya verə bilirlər. Əgər istifadəçi yaxınlıqda pizza restoranı axtarırsa, axtarışının nəticəsində də böyük ehtimalla hansısa pizza restoranına getməyə və ya sifariş verməyə qərar verəcək. Bu vəziyyətə uyğun olaraq biz münasib reklamlar verərək istifədəçinin qərar vermə prosesini sürətləndirmiş oluruq. Məsələn, Google Axtarış Reklamları zamanı pizza restoranının əlaqə nömrəsi reklamın ön planında olur və istifadəçi “zəng et” düyməsinə klikləyərək asanlıqla həmin restoran ilə əlaqə saxlaya və sifariş verə bilir.