• Bizə Zəng Edin:

    (+994) 50 431 77 77

  • Bizə Email Göndərin:

    [email protected]

  • Ofisimizi Ziyarət Edin:

    Bakı, Mətbuat Prospekti

burada televiziya reklamları haqda danışılır

Televiziya (TV) Reklamları, Radio Reklamları haqqında

Reklam insanları hər hansı bir məhsulu almağına və ya xidmətdən istifadə etməsi üçün insanların diqqətini cəlb etməklə edilən vizual, yazılı və ya şifahi məlumatlandırma vasitəsidir. Reklam hədəf kütləyə müəyyən kütləvi informasiya vasitəsi ilə çatdırılır. Son dövrlər populyarlıq qazanmış internet reklamları, sosial platformalarda edilən reklamlarla yanaşı, öncədən yaradılmış və hələ də effektliyini qoruyub saxlamış televiziya və radio reklamları da bura daxildir. Əlçatanlıq baxımından TV reklamları yüksək əhatə dairəsi ilə seçilir. Eyni zamanda gözə və qulağa eyni anda xitab edərək müştərilərinizi inandırmaq prosesini qısaldır.

biz tv reklamları haqda danışırıq

Digər kütləvi informasiya vasitələrindən fərqli olaraq radio reklamları daha az maliyyət tələb edir və buna baxmayaq effektiv təsiri baxımından geniş istifadə edilən reklam növüdür. Məlumdur ki, radio yalnız dinləmə xarakterlidir və burada səsin ötürülməsi ən əsas faktordur. Səslərin keyfiyyəti təsirliliyi artırırma və eyni zamanda azaltma xüsusiyyətinə malikdir. Buna görə də radio reklamlarında istifadə olunan səs effektləri, intonasiya və vurğu, tanıtım mətninin etibarlılığı və təsirli təqdimat vacibdir. Radio mesajının dinləyici tərəfindən asanlıqla başa düşülməsi üçün mesajlar ədəbi dildə deyil, danışıq dilində verilir. Radio reklamlarında cəlbedici effektlər reklamın əvvəlində yerləşdirilməlidir, reklam effektləri dinləyicinin şüurunda vizual obrazlar yaratmalıdır. Reklam mətni hədəf auditoriyada müsbət enerji ötürməli, təkrarlarla tamaşaçını sıxmamalıdır. Radiostansiyaların yaradılması xərcləri televiziyadan aşağıdır. Buna görə də radio kanallarının sayı televiziya kanallarından çoxdur. Bununla da radio reklamlarında həm dinləyicilərin, həm də reklam vermək istəyən şəxslərin seçim şansı çox olur. Eyni zamanda radio özü çox aşağı qiymətə və bir dəfə alınıb ömür boyu istifadə edilə bilər. Televiziya kimi antenna, elektrik enerjisi və ya yalnız televiziya arxasında olmağa ehtiyac yoxdur. Evdə, işdə, maşında dinlənilə bilər, bununla da istənilən mühitdə auditoriyaya çata bilər. Radioda ilk 5 saniyənin maraqlı olması çox vacibdir. Dinləyicilərin ilk saniyələrdə maraqsız hiss etdirən səslərə və mesajlara qulaq asma ehtimalı aşağıdır.

televiziyi reklamlarinin önəmi qeyd edilir

TV reklamı insanların həyata baxışlarını, gələcəyə dair planlarını, sosial münasibətlərini və mühitlərini formalaşdırmağa yönəldir və ya yenidən formalaşdırır. Televiziya reklamı bu gün insanların gündəlik həyatının bir hissəsinə çevrilib. Beləliklə bugünki  cəmiyyətin formalaşmasına bilavasitə təsir edən ən mühüm vasitədir. Bu, şirkətlər üçün də keçərlidir. Ən çox rəyi televiziya reklam filmlərindən alaraq, bu mühitə uyğun olaraq böyük diqqət yetirir və onlara əhəmiyyət verirlər.Televiziya reklamının yaradılmasının maliyyəti və prosesi radio reklamı yaratmaqdan qat-qat çoxdur. Burada reklam şəraiti daha zəngindir. TV reklamları nümayişinə görə fərqli növlərdə ola bilir. Məsələn, spot reklam – reklam zonasında yayımlanan minimum 5 saniyəlik tanıtma reklamıdır. Daha sonra, yayımlanan televiziya proqramına daxil edilmiş, ekranın təxminən 1/5 hissəsini əhatə edən 8-10 saniyəlik animasiyalı reklam modeli vardır. Məhsulun daha təfərrüatlı şəkildə reklam olunması üçün seçilmiş proqram çərçivəsində proqram aparıcısı və ya brend tərəfindən təyin edilmiş şəxs tərəfindən həyata keçirilən 60 – 90 saniyəlik ətraflı məhsul tanıtma videosu da çox effektivdir. Reklamların müəyyən ssenariyə daxil olması da reklamın müəyyən nümayiş növüdür.

bu hissədə radio reklmları təsvir olunur

 

Məsələn, film müddətində axını pozmayacaq şəkildə ssenariyə reklam bölməsi daxil edilir. Aktyorlar həm məhsul haqqında danışır, həm də ssenariyə uyğun olaraq ondan istifadə edirlər. Eyni zamanda müəyyən televiziya proqramına sponsor olmaqla da öz məhsulunuzu və ya xidmətinizi reklam edə bilərsiniz. Konkret hədəf auditoriyası olan brendlər üçün isə tematik yayım kanallarında olan reklamlar daha effektiv cavab verir. Musiqi, xəbər, idman, filmlər kimi yalnız müəyyən mövzuda yayımlanan kanallara tematik kanallar deyilir. İstədiyiniz mesajı reklam vasitəsi ilə effektiv şəkildə ötürməyiniz üçün televiziyalarda yayımlanacaq reklamın məzmununun hazırlanması və reklamın lazımi vaxtda doğru televiziya kanalında yerləşdirilməsi vacibdir. Araşdırmalar göstərir ki, televiziya reklamı digər reklam vasitələrindən 3 dəfə daha effektivdir. İnternet resursları bu sahədə rəqibi olsa da, hər kəsin evində olan bu texnologiya ilə effektivlik yüksəkdir. Bununla  eyni zamanda fərqli yaş kateqoriyasında milyonlara çatmaq, izləyicilərin daha çox yaddaşında qalmaq və daha güclü inandırmaq mümkündür.

Bu və ya bu kimi digər reklam növlərindən yararlanaraq brendinizi tanıtmaq istəyirsinizsə, İnteractive Medianın peşəkar komandasına müraciət edə bilərsiniz.

interactive media televiziya reklamlari verir