SEO Xidmətinin Biznesiniz Üçün Faydaları
SEO xidməti üçün ödəniş və digər müqavilə şərtləri ilə əlaqədər ətraflı məlumat üçün müvafiq keçiddən istifadə edə bilərsiniz. Bu məqaləmizdə isə SEO-nun başqa aspektlərindən danışacağıq.
SEO axtarış sistemlərində optimizasiya olub veb saytın axtarış sistemlərinin nəticələri arasında təbii və ya reklamsız şəkildə ön sıralarda çıxması üçün həyata keçirilən prosesdir. Başqa sözlə, SEO xidmətləri veb dizaynın və saytın kontentinin axtarış sistemləri üçün daha keyfiyyətli və cəlbedici hala gətirilməsidir. Lakin SEO göründüyü qədər bəsit bir proses olmayıb bir çox amillərin optimizasiyasını tələb edir.
Axtarış sistemləri istifadəçiləri üçün ən yaxşı nəticələri təqdim etməyə meyilli olduğundan təkcə veb saytın keyfiyyətli olması deyil, həm də kontentin axtarış edilən açar sözlərinə uyğunluğu yüksək olmalıdır.
Müasir dövrdə bizneslər onlara uyğun açar sözlərinin axtarışı zamanı axtarış nəticələrində ön sıralarda yer almaqda olduqca maraqlıdırlar. Bu, şirkəti istifadəçilər üçün daha əlçatan və rəqiblərlə müqayisədə daha rəqabətcil edir.
SEO xidməti sifariş edildiyi zaman sifariş edən biznes ətraflı araşdırılır, məqsədləri müəyyən edilir və müəyyən intervalla bütöv SEO xidməti həyata keçirilir. Bu prosesi aşağıdakı infoqrafiya ilə izah etməyə çalışdıq.
SEO-nun qazandırdığı üstünlüklərə qısaca nəzər salaq:
– Araşdırmalar göstərir ki, axtarış sistemlərinin istifadəçi sayı durmadan artmaqdadır və onlayn fəaliyyətlərin 93%-i məhz axtarış sistemlərində axtarış etməklə başlayır. Bu isə axtarış nəticələrində ön sırada çıxmaqla potensial müştəri kütləsinə çatmaq üçün olduqca önəmlidir.
– SEO veb sayt ziyarətçilərinin, eləcə də, satışların artmasında böyük rol oynayır.
– Ödənişli reklamlarla müqayisədə SEO daha az xərclə reallaşdırılır. Belə ki, reklam davamlı olaraq büdcə tələb etdiyi halda, SEO yalnız müəyyən bir müddətdə həyata keçiriləcək proseslər üçün büdcə tələb edir.
– SEO nəticələri günün istənilən vaxtında aktiv və sabitdir. Reklamdan fərqli olaraq, seo xidmətləri zamanı veb sayt günün hər hansı bir saatında daha az effektiv ola biləcəyi üçün deaktiv edilmədən hər zaman işləyir.
– İstifadəçilərin axtarış sistemlərinə olan inamı ön sıralarda çıxan nəticələri daha güvənli hesab etməsinə və böyük ehtimalla veb sayta daxil olmasına gətirib çıxarır.
– Nəticələrinin uzun müddətli olması isə SEO-nun digər bir üstünlüyüdür. Ödənişli reklam büdcənin bitdiyi anda tamamilə dayandığı halda SEO nəticəsi uzun müddət ərzində sabit qalır. Yalnız rəqiblərin daha uğurlu optimizasiya fəaliyyəti və ya axtarış sistemlərinin alqoritmasındakı köklü dəyişikliklər nəticələrdə müəyyən fərqlərin yaranmasına səbəb ola bilər. Bu isə optimizasiya fəaliyyəti ilə qısa müddətdə yenidən bərpa oluna bilər.
SEO-ya birbaşa təsir edən faktorları 3 əsas qrupa ayıra bilərik.
– Kontent marketinq. Yüksək keyfiyyətli və açar sözlər ilə uyğunluq təşkil edən, unikal kontentə sahib olmaq axtarış sistemlərinin saytınızı yüksək qiymətləndirməsinə təkan verəcək. Bundan əlavə, kontent sizin saytın ziyarətçiləri ilə uğurlu ünsiyyət qurmağınıza kömək edir. Bloqlar, məqalələr, sosial media kontenti, infoqarafiya və vizuallar axtarış sistemləri üçün cəlbedici kontent yaratmaqda əsas amillərdir.
– On-page SEO. Buraya veb saytınızda yer alan və sizin birbaşa idarə edə biləcəyiniz müxtəlif elementlər daxildir. Məsələn, başlıq, meta açıqlama, alt başlıq, daxili linklər sizin optimizasiya proseslərində müdaxilə edə biləcəyinizi amillərdir.
– Off-page SEO. Bu qrupa birbaşa olaraq sizdən asılı olmayan, ancaq müəyyən fəaliyyətlərlə düzəlişlər edə biləcəyiniz faktorlar daxildir. Sosial göstəricilər, linklər bu kateqoriyaya aid olub optimizasiya işlərinin ən vacib hissələrindən birini təşkil edir.
SEO prosesinin mürəkkəbliyini və ona təsir edən faktorların çoxluğunu nəzərə alaraq, bu işi hər zaman professionallara həvalə etmək lazımdır. Ancaq bununla daha uzun müddətli və effektiv nəticələr əldə etmək mümkündür.
SEO xidməti altı, səkkiz ay və ya bir il davam edir. Saytın optimizasiyası bir neçə ay ərzində yekunlaşsa belə saytın domeninin gücləndirilməsi prosesi yavaş irəliləyən proses olduğunua görə müəyyən qədər vaxt alır. Hətta altı aydan daha qısa bir müddətdə SEO xidmeti öz nəticəsini vermiş olsa belə, SEO xidmətləri prosesi davam etməlidir. Yalnız bu halda əldə edilmiş nəticələr qalıcı ola bilər.
SEO xidmətinin xidmət haqqı ödənişinin hesablanması iki formada müəyyənləşdirilir. Birincisi, veb sayt araşdırılır, açar sözləri müəyyən edilir və eyni zamanda sifarişçi istədiyi açar sözlərini, əgər varsa, bildirir. Bundan sonra SEO açar sözlərinin sayı və mahiyəti dəyərləndirilir. Açar sözlərinin sayı təbii ki, SEO xidmetleri göstərən şirkətin iş yükünə bir-başa təsiri var. Nə qədər çox açar sözü olarsa, o qədər də SEO xidməti prosesinin iş yükü artır. Bu isə öz növbəsində qiymətə təsir göstərir. Açar sözlərinin mahiyəti də qiymət təklifinin müəyyən edilməsində önəmli rol oynayır. Belə ki, elə açar sözləri var ki, daha məhşurdur, istifadəçilər daha çox yazırlar və eyni zamanda digər rəqiblər bu açar sözlərinə yönəlik kifayət qədər güclü SEO xidmətindən istifadə ediblər. Bu zaman həmin açar sözləri müştəriyə söz verildiyi kimi Google-un ilk səhifəsinin ilk üçlüyünə çatdırmaq daha çətin olur. Digər açar sözləri isə əksinə, rəqabətsiz ola bilərlər. Bu zaman onları ilk sıraya gətirmək daha asan olur.
SEO xidməti bildiyimiz kimi Google-da orijinal nəticələr arasında yüksək yeri tutmaq üçün görülən işlər toplusudur. Axtarış mühərriklərinin ilk səhifəsində yer tutan digər marketinq faəliyyə sahəsi Google reklamlarıdır. Google reklamları vasitəsilə daha sürətli nəticə əldə etmək olur və bu reklamlar hətta orijinal nəticələrdən daha öndə görünür. Müəyyən bir hissəsi isə SEO nəticələrindən aşağıda sıralanır. Bəzən biznes sahibləri vaxt alan SEO optimizasiyası prosesi yerinə daha öndə görünən və daha sürətli olan Google reklamları və ya digər adı ilə desək SEA (search engine advertising) istifadə etmək daha yaxşı olmazmı deyə düşünürlər. SEA fəaliyyətinin əhəmiyyəti və axtarış sistemlərinə gətirdiyi gəlir danılmazdır. Məhz axtarış mühərrikləri bu reklamlarda əldə etdiyi gəlir nəticəsində milyardlarla dollar dövriyyəyə sahib olan böyük bur konsorsiuma çevrilmişlər. Lakin, qeyd edək heç də hər kəs bu reklamlardan istifadə etmir və SEO nəticələri ilə müqayisədə tam güvənmir.





