• Bizə Zəng Edin:

    (+994) 50 431 77 77

  • Bizə Email Göndərin:

    [email protected]

  • Ofisimizi Ziyarət Edin:

    Bakı, Mətbuat Prospekti

web saytlarin yaradilmasi, web sehifelerin yaradilmasi, web sehifelerin yaradilmasi

Saytların Yaradılması-Peşəkar komanda ilə Rəqəmsal Dünyanı Fəth Edərək Biznesinizi Şahaləndirin!

Veb saytların yığılması müasir biznes mühitdə, kəskin rəqabət şəraitində önəmli bir şərt halına gəlmişdir. Rəsmi web saytların yaradılması şirkətlər üçün aşağıdakı əhəmiyyətlərə malikdir:

Qlobal İzləyici Bazanın yaradılması: Saytınız 24/7 işləyir və dünyanın hər yerindən yeni müştərilər cəlb etməyə imkan verir. Biznesiniz üçün onlayn nümayəndə olmadan, güclü rəqib qarşısında geri qalacaqsınız. 

Satış və Geri-Dönüşüm faizinin artırılması: Optimallaşdırılmış saytlar satış prosesini sürətləndirir və gündəlik olaraq potensial müştəri sayt vasitəsilə məhsul və xidmətlərlə tanış olur və alışa yönləndirilir.

Brend Etibarın Təkmilləşdirilməsi: Peşəkar sayt brend etibarını artırır-potensial alıcılar biznesiniz haqqında ilkin araşdırmanı məhz internetdə edirlər və saytınızın görünüşü və funksionallığı ilk təəssüratı formalaşdırır. 

Güclü veb sayt- mükəmməl analitika deməkdir.Sayt vasitəsilə ziyarətçilərin davranışını izləyə, hansı xidmətlərin daha çox maraq doğurduğunu anlaya və biznes strategiyanızı optimallaşdıra bilərsiniz.

Müasir dövrdə alıcılıq qabiliyyəti yüksək olan auditoriya bir çox prosesləri onlayn rejimdə həll etməyə üstünlük verir. Buna görə də, veb saytı olmayan şirkətlərin təklifləri rəqib şirkətlərin günün 24 saatı aktiv olan onlayn təklifləri ilə əvəzlənir. Beləliklə, şəbəkədə veb saytı olmayan şirkət potensial müştərilərin böyük bir qismi üçün həm görünməz qalır, həm də alternativlərlə mübarizə aparmaq qabiliyyətində olmur.

İnteractive Media komandası layihəyə başlamazdan əvvəl sizin biznes məqsədlərinizi, rəqabət mühitini, hədəf auditoriyanı və tələbləri təhlil edir. Bu, saytın hər paçasının məqsədə uyğun hazırlanması üçün vacibdir.

Sizin saytınız gözləntilərinizi tam qarşılamalıdır.

Bu gün müştərilər şirkətlərin müasir dövrün tələblərinə uyğun olaraq digital mülkiyyətə sahib olması və şirkət saytından lazımi məlumatları əldə edə bilmək kimi gözləntilərə malikdirlər. Bu halda, rəsmi veb sayt bir növ biznesin vizit kartı rolunu oynayaraq insanların şirkətlə bağlı ilkin düşüncələrini yaradır. Beləliklə, veb saytların yaradılması hər bir biznes üçün labüd olmuşdur.

UX/UI Dizaynı bu məsələdə möhüm rol oynayır.Həmişə yadınızda saxlayın ki,onlayn vizit kartınız yalnız peşəkar və cəlbədici dizayna sahib olan vebsayt ola bilər.


  • Müasir rəng palitrası və vizual komponentlərdən istifadə etməyə çəkinməyin

  • İstifadəçi davranışına uyğun veb sayt naviqasiyanı qurun

Mobil və planşet cihazlara tam uyğunlaşdırın

Veb saytın hazırlanması yüksək maddi vəsait tələb edə bilər, amma nəticələr sizi yüksək biznes ailəminə aparacaq.

Veb səhifələrin yaradılması bir çox sahibkar üçün olduqca yüksək maddi vəsait tələb edən proses kimi görünür. Əslində isə veb saytın yaradılması ənənəvi reklam fəaliyyətləri ilə müqayisədə uzun müddətli dövrdə xərclərə qənaət etməyə imkan verir.

Sayt hazırlanması prosesinin əsas mərhələləri aşağıda qey olunub:

  • İlkin iki görüş ərzində tələblərin yığılması və analiz – Sayt üçün detallı təhlil prosesi

  • Dizayn və prototipləşdirmə – UX/UI dizayn hazırlığı

  • Kodlaşdırma və inteqrasiya – CMS tətbiqi

  • Test və keyfiyyət təminatı – Funksionallıq, təhlükəsizlik və sürət yoxlamaq üçün testdən keçirmə

  • Serverə yerləşdirmə və yayım – Domen, hostinq və SSL tam hazırlanması

  • Yeniləmə və davamlı dəstək – Saytın davamlı fəaliyyətini təmin etmə

Veb saytınızla birlikdə lokal satışdan beynəlxalq satış bazarına bir-başa bilet əldə edin.

Müxtəlif məhsul və xidmətlər təklif edən bir çox şirkətlər tək yerli bazarda deyil, beynəlxalq bazarda da fəaliyyət göstərə bilər. Lakin veb sayt olmadan beynəlxalq müştəri bazasına çatmaq, beynəlxalq səviyyədə olan rəqiblərlə rəqabət aparmaq mümkün deyildir. SEO xidmətiGoogle reklamları xidmətlərimiz sayəsində sizin veb saytınız beynəlxalq bazara çıxmaq qadirindədir.

Müştəri xidməti onlayn və oflayn mıkanda eyni səviyyədə mükəmməl olmalıdır.

Veb saytınız vasitəsilə müştəriləriniz həm satış öncəsi, həm də satış sonrası sizinlə rahatlıqla əlaqə saxlaya bilir, öz suallarını, məmnuniyyətini, təklif və iradlarını bildirə bilir. Bu müştərilərlə birbaşa əlaqə qurmağa və mövcud problemləri qısa zamanda həll edə bilməyə kömək edir. Digər tərəfdən isə bununla müştəriləriniz sizin onlara diqqət və qayğı ilə yanaşdığınızı hiss edəcəkdir.


Rəsmi sayt, şəbəkəyə daxil olan hər kəsə göstərilə bilər. Veb sayt yaratmaq müştərilərə mövcudluğunuz barədə məlumat verməklə qalmır, eyni zamanda şirkətin imicini yaradır, izləyici auditoriyasını formalaşdırır. Web saytların yaradılması zamanı bu elementlər nəzərə alınmalıdır. Doğru seçilmiş marketinq strategiyalarının köməyi ilə isə minlərlə insan onlayn reklam, PR kampaniyalar vasitəsilə sizdən xəbərdar olur. Əslində şəxsi veb sayt sifarişi edərək siz yeni bir bazara daxil olmuş olursunuz. 

Amma bu yerli və beynəlxalq bazarda müvəffəqiyyət qazanmaq üçün bir tək sayt açmaq kifayət deyil, digər önəmli məsələ isə saytların yaradılması zamanı veb saytınızın tələblərə və standartlara maksimum uyğun gələn keyfiyyətli bir səhifə olmasıdır.

İnteractive Media tərəfindən göstərilən əlavə rəqəmsal xidmətlər sizi həm yerli, həm də beynəlxalq bazara güclü rəqib kimi tam hazırlayacaq.

  • SEO xidmətləri: Komandamız brendinizin axtarış platformalarında daha yaxşı görünürlük qazanmaq, hədəf kütlənin qabağında daha çox baxış əldə etmək üçün çalışır.

  • SMM və rəqəmsal reklam kampaniyaları: Gündəlik, həftəlik və aylıq strategiya ilə sosial mediada brend tanıtmasını artırmaq.

  • Məzmun strategiyası və kopiraytinq: Cəlbedici və SEO-uyğun məzmunun yaradılması

  • Analitika və performans hesabatları: Ziyarətçi davranışını analiz edərək saytınız optimallaşdırılacaq

Biznesinizi həmişə tonusda saxlayın-rəqiblərinizi təhlil edin.

Müasir texnologiyaların köməyi ilə rəqiblərinizin hansı üsullardan istifadə etdiyini və auditoriyanın buna necə reaksiya verdiyini öyrənmək mümkündür. Bununla yanaşı onların mövcud zəifliklərini müəyyən edərək bunları öz üstünlüklərinizə çevirə bilərsiniz.

Peşəkar veb sayt ilə onlayn varlığınızı gücləndirir və rəqəmsal gələcəyiniz üçün dayanıqlı təməl formalaşdırın. Biz Interactive Media olaraq sizinlə bu yolda birgə addımlamağa hazırıq-bizimlə birlikdə cəmi bir neçə kliklə ideyanızı işə çevirin və hədəflərinizə çatmaq üçün ən yaxşı rəqəmsal həlli yaradın!

Onlayn tərtibetmə işlərinizi peşəkarlara həvalə edin-yalnız onlar tam zəmanət verə bilər.