• Bizə Zəng Edin:

    (+994) 50 431 77 77

  • Bizə Email Göndərin:

    [email protected]

  • Ofisimizi Ziyarət Edin:

    Bakı, Mətbuat Prospekti

Saytda Lazımsız Elementləri Necə Aşkar Edib Silmək Olar?

Biznes sahibkarları çox vaxt saytlarına hər cür qəribə element əlavə edirlər-çox vaxt strategiya və ya ziyarətçiləri düşünmədən. Diqqəti yayındıran, çaşdıran vebsaytlar görmək adi hala düşüb.

Bugün biz İnteractive Media komandası olaraq sizə bütün vebsaytlardan çıxarılmalı olan elementlərib siyahısını hazırlamışıq. Bu, siyahı 100-dən çox vebsayt layihəsinin planlaşdırılması və eyni sayda Google Analytics hesabında performansın nəzərdən keçirilməsi üzrə təcrübəmizə əsaslanır.

Qeyri-müəyyən ana səhifə başlıqları

Bu, hər ziyarətçinin hər veb səhifədə verdiyi ilk sualdır: “Mən doğru yerdəyəm?”.Ana səhifədəki H1 başlığı bu suala cavab verir və ziyarətçilərə (və axtarış sistemlərinə) biznesin nə etdiyini bildirir. Amma ana səhifə başlıqları çox vaxt bunu bacarmır. Bunun əvəzinə keyfiyyət və ya dəyər haqqında ümumi məlumat təqdim edirlər. Yəni “Biz özümüzü sevirik” tipli mesajlar verirlər. Və ən əsası, “nə etdiyimiz” haqqında məlumatı çox vaxt başlığın dərhal altında daha kiçik mətndə yazılır. 

Bunun əvəzinə nə etməlisiz:

Əgər başlığınız qeyri-müəyyəndirsə, amma altındakı mətn spesifikdirsə, onların yerini dəyişin ki, hər ziyarətçi bir baxışda nə etdiyinizi anlaya bilsin.

Ümumi naviqasiya düymələri

Ziyarətçi sayta daxil olan kimi səhifəni skan etməyə başlayır. “Mən doğru yerdəyəm? Bu şirkət nə edir?”İlk gördüyü şeylərdən biri naviqasiyadır. Əgər menyudakı elementlər qeyri-müəyyəndirsə, ziyarətçi nə etdiyinizi anlaya bilmir. Products, Services, Solutions kimi etiketlər milyonlarla şirkət tərəfindən istifadə olunur. Bunlar spesifik heç nə demir. Faydasızdır.

Naviqasiya etiketləri spesifik və təsviri olduqda isə ziyarətçi harada olduğunu və sizin nə etdiyinizi başa düşür. Hara klikləməli olduğunu bilir. Klikdən sonra geri düyməsini basmaq ehtimalı azalır.

Ana səhifənin məqsədi ziyarətçini ana səhifədən çıxarmaqdır.

Mənasız altbaşlıqlar

Ziyarətçi səhifəni gözdən keçirəndə altbaşlıqlar (H2 formatında) ona növbəti hissədə nə olduğunu bildirir. Hər scroll dərinliyindəki blokun öz kiçik başlığı olur və istifadəçini istiqamətləndirir.

Nə etməlisiniz:

Altbaşlığı tamamilə silmək və aşağıdakı məzmunu bir az yuxarı çəkməkdir. Qeyri-müəyyən altbaşlıqlar SEO üçün də zərərlidir. Ən yaxşı H2-lər axtarış sistemlərinə səhifənin nə haqqında olduğunu bildirir. Bunlar semantik SEO üçün idealdır.

Vebsaytda İnsanların stok fotoları “yad adam” effekti yaradır

Fotolar təbii olaraq diqqəti cəlb edir. Erkən vaxtlardan insanlar digər vizuallardan daha çox üzlərə fokuslanır. Buna görə də insan göstərmək, şəxsiyyətinizi nümayiş etdirmək, oxucular üçün daha real görsənmək faydalıdır. Amma bu, saxta şəkillərlə işləmir.

İnsanlar stok fotonu uzaqdan tanıyır. Xüsusilə də insanların stok şəkilləri ən pis variantdır. Onlar səmimi görünmür. Stok şəkil heç vaxt ilk seçim olmamalıdır.

Bunun əvəzinə nə etməli:

Mümkünsə, real insanların şəkillərindən istifadə edin. Vizual konsepsiyaya investisiya edin. Hər səhifədəki hər bir foto ziyarətçi ilə əlaqə qurmaq, onu bir anlıq saxlamaq və kim olduğunuzu göstərmək üçün fürsətdir.

Sosial Mediayaya uyğun paylaşımlar vebsaytınızdan silinməlidir

Bu tipli postlar vizual olaraq rəngbərəngdir, ziyarətçiləri səhifədəki məzmundan yayındırır.

Uzun paraqraflar ziyarətçinizi yorur

Araşdırmalar göstərir ki, orta ziyarətçi baxışdan keçirdiyi səhifənin sözlərin yalnız 20%-ni oxuyur. Bu yaxşı və ya pis deyil. Bu sadəcə hamımızın qəbul etməli olduğu reallıqdır.Bunun üçün satış yönümlü altbaşlıqlar tərtib edin. Bullet tipli və nömrələnmiş siyahılar da uyğun ola bilər. 

Beləliklə,saytda hər element ya məlumat verməli, ya güvən yaratmalı, ya da satışa kömək etməlidir.Bunlardan heç birini etmirsə — silin.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir