• Bizə Zəng Edin:

    (+994) 50 431 77 77

  • Bizə Email Göndərin:

    [email protected]

  • Ofisimizi Ziyarət Edin:

    Bakı, Mətbuat Prospekti

Saytın İlk Versiyasını (MVP) Necə Qurmaq Olar?

Ənənəvi vebsaytların hazırlanması baha başa gəlir və çox vaxt aparır, lakin MVP (Minimum Viable Product) vebsaytları xərcləri azaldır və ilkin gəlir gətirir. Ənənəvi veb dizayn prosesi ideya ilə başlayır və saytın istifadəyə verilməsi ilə yekunlaşır, bu zaman dizayn qərarları əsasən istifadəçi araşdırmalarına əsaslanır. Lakin effektivlik yalnız sayt istifadəyə verildikdən sonra aydın olur, çünki real istifadəçi davranışı və rəylər nəyin işlədiyini və nəyin işləmədiyini göstərir.

Bugün biz, İnteractive Media komandası olaraq, sizə MVP vebsaytı qurmaq üçün ilkin addımları izah edəcəyik.

Məqsədləri müəyyən edin

Prosesi başlatmaq üçün saytın konkret məqsədlərini müəyyənləşdirin. Əvvəlcə saytın yerinə yetirməli olduğu funksiyaları siyahıya alın, sonra isə ən vacib iki və ya üçünü prioritetləşdirin. Bu məqsədlər saytın hazırlanması boyunca əsas istiqamət olacaq.

Məsələn, məqsədləriniz istifadəçiləri proqram demo-suna qeydiyyatdan keçməyə təşviq etməkdirsə, onda diqqəti inandırıcı mətnə və güclü çağırış düymələrinə (CTA) yönəldin. Əgər məqsəd birbaşa satışdırsa, problemsiz alış prosesi üçün istifadəçi yol xəritəsini (user journey) detallı şəkildə planlaşdırın.

Əsas funksiyalara fokuslanın

MVP hazırlayarkən saytın məqsədlərinə və istifadəçi ehtiyaclarına birbaşa uyğun olan funksiyalara üstünlük verin. Məsələn, istifadəçinin əsas məqsədi demo üçün qeydiyyatdan keçməkdirsə, ona məhsul haqqında kifayət qədər məlumat və sadə əlaqə forması təqdim olunmalıdır. Bu halda qısa, bir səhifəlik MVP kifayət edir. Lakin e-ticarət saytında istifadəçilər məhsulları rahat tapmaq və almaq istəyir, buna görə məhsul siyahısı və ödəniş səhifələri əsas diqqət mərkəzində olmalıdır.

Məlumat toplama kanalları qurun

MVP-nin əsas funksiyası istifadəçi məlumatı toplamaqdır, buna görə müxtəlif növ rəy toplamaq və analiz etmək üçün mexanizmlər qurmaq vacibdir. Keyfiyyətli məlumatları-istifadəçi şərhləri, heatmap-lər, sessiya qeydləri, və kəmiyyət məlumatları-sayt performansı, sessiya müddəti, konversiya dərəcələri — birlikdə analiz edərək istifadəçi davranışını daha dərindən analiz edə bilərsiniz.

İstifadəçiləri rəy verməyə təşviq etmək üçün rahat və cəlbedici əlaqə səhifəsi yaradın. Həmçinin, istifadəçi təcrübəsini daha yaxşı anlamaq üçün qısa sorğu əlavə edə bilərsiniz.
 

Dizaynı sadə saxlayın

MVP sayt üçün mürəkkəb illüstrasiyalar, animasiyalar və qeyri-adi şrift kombinasiyalarından imtina edin. Əsas fokuslanma uyğun ümumi hissə verən təmiz və minimal dizayna olmalıdır.Bu mərhələdə saytın vizual görünüşünü mükəmməlləşdirməyə həddindən artıq vaxt və resurs sərf etmək lazım deyil. Çünki MVP-nin əsas məqsədi əsas funksionallığı test etmək və istifadəçi rəylərini toplamaqdır. 

Lazım olduqda vebsaytın istiqaməti dəyişin

Məlumatlar və istifadəçi rəyləri toplandıqca saytınızın güclü tərəflərini və gözləntiləri qarşılamayan hissələri müəyyən edəcəksiniz, əgər hansısa boşluq yaranıbsa, vebsayta keçid edib, bəzi hissələrini dəyişin (bu boşluğdan təsir görən hissələri). MVP yanaşmasının mahiyyəti ondan ibarətdir ki, bəzi sahələrdə uğursuzluq əvvəlcədən gözlənilir. Bu çatışmazlıqlardan çəkinmək əvəzinə, onları qəbul edin. Əgər hansısa funksiya işləmirsə, onu düzəldin və yeni istiqamətdə sınayın.

Sizin əsas məqsədiniz, ilkin gəlir və rəy etməkdir, və MVP vebsaytı məhz bu məqsəd üçün qurulur, ilkin rəylər və gəlirlər əldə olunduqdan sonra,  siz artıq investorlara və akselerasiya (əgər startap sahibisinizsə) müraciət edə bilərsiniz.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir