• Bizə Zəng Edin:

    (+994) 50 431 77 77

  • Bizə Email Göndərin:

    [email protected]

  • Ofisimizi Ziyarət Edin:

    Bakı, Mətbuat Prospekti

biz size video carxlarin hazirlanmasi xidmetini teklif edirik

Video Çarxların və Video Təqdimatların Hazırlanması

Video çarx dedikdə adətən reklam üçün nəzərdə tutulmuş qısa video kliplər nəzərdə tutulur. Bu video çarxlar reklam platformasından və reklamın vermək istədiyi mesajdan asılı olaraq 10, 30, 60 saniyə və daha uzun ola bilirlər. Brend adının möhkəmləndirilməsi üçün adətən qısa video çarx hazırlanması xidmətindən istifadə olunur. 5 saniyəlik belə video çarxlara tez-tez rast gəlmək olur. Bu cür reklamlar üçün yaxşı platforma YouTube hesab edillir. 5 saniyə ərzində video məcburi olaraq göstərilir və istifadəçidən hər hansı bir əməliyyat gözlənilmir. Adətən, videonun elə bir effekti olmadığı təssüratı yaranır. Lakin qısa video çarxların verdiyi şüuraltı mesaj potensial müştərinin gələcəkdə həmin brendlə əlaqəsini möhkəmləndirir. Hətta bir çox vaxtlar insanlar bu cür məcburi reklamlardan yorulurlar və brendə qarşı ilkin neqativ fikir formalaşır. Bununla belə, vaxt keçdikcə brendin yaddaşda qalması və neqativ fikirlərin isə yaddaşdan silinməsi nəticəsində brendə dair pozitiv təəssüratlar yaranır. Hətta xüsusi pozitiv təəssüratın yaranması elə də vacib deyil, brendin yadda qalması kifayətdir ki, insanlar bu brendin məhsullarından istifadə etsinlər.

Daha uzun video çarxlar adətən məhsul haqda geniş məlumat verir və istifadəçinin hər hansı xidmətdən və ya məhsuldan reklamdan birbaşa sonra yararlanmasına çağırış edir. Bu videolar genişliyinə görə video təqdimatlara bənzəsə də, reklam xarakterli olmasına görə video təqdimatdan fərqlənir. Video təqdimat əsasən müəyyən çıxışlar zamanı inslanlara introduction tipli biznes və ya məhsul haqda geniş məlumat verir.

Video təqdimatın verdiyi məlumatın miqdarından asılı olaraq video təqdimat videosunun müddəti dəyişir. Qeyd edək ki, bəzən intro video təqdimatlar müəyyən kütlə qarşısında çıxışlarda istifadə olunmaqla yanaşı, həmçinin reklam məqsədilə istifadə olunur. Məsələn, yeni bir məhsulu şirkətin digər nümayəndələrinə izah etmək üçün hazırlanmış video təqdimat həm də daha sonra YouTube-da reklam vasitəsi kimi istifadə oluna bilər. Buna görə də video çarxlar və video təqdimatlar bəzən sinonim kimi də işlənə bilirlər.

Ümumiyyətlə, qeyd etmək olar ki, həm video çarxların, hə həm video təqdimatların hazırlanması yeni bir obyektin (məhsul, biznes, xidmət) müəyyən auditoriyaya çatdırılmasının asanlaşdırılması üçün həyata keçirilir.  Uzun cümlələr verilmək istənilən mesajı yorucu edə bilir. Bu həm şifahi, həm də yazılı nitqə aiddir. Şəkillər və slayder təqdimatlar isə bəzi nüansları əhatə edə bilməyə bilər. Buna görə həm ətraflı, həm sürətli, həm də asan bir formada informasiyanın çatdırılması üçün video təqdimatların və video çarxların hazırlanmasına tələb artmışdır.

Digər bir vacib nüans video təqdimatların hansı formatda hazırlanmasıdır. Qeyd edək ki, bu da videonun verdiyi mesajdan və təqdim olunan auditoriyadan asılıdır. Məsələn, video çarxın asan başa düşülməsi çox önəmlidirsə, 2D animasiya tipli video çarxlar hazırlanır. Əgər video çarx nəyinsə əyani göstərilməsini əsas hədəf qoyubsa, daha real animativlərdən olan 3D video çarxlar hazırlanır. Daha sadə video çarxlar müəyyən şəkillərdən ibarət hərəkətli video roliklərdir. Video təqdimatlar üçün bəzən isə real video çəkilişləri, dron şəkilişləri, aktyorların müəyyən ssenari əsasında dialoqları gərəkli ola bilir.

Biz Interactive Media olaraq istəyinizdən və müştəri kontigentinizdən asılı olaraq hər tipli video təqdimatların hazırlanmsında sizə yaxından kömək göstərə bilərik. İstəkdən asılır olaraq video çarxların hazırlanması, ssenarinin yazılması, video çarxların formatının seçilməsi, onların səsləndirilməsi, real videonu çəkilməsi kimi xidmətləri məmnuniyyətlə göstərə bilərik.