• Bizə Zəng Edin:

    (+994) 50 431 77 77

  • Bizə Email Göndərin:

    [email protected]

  • Ofisimizi Ziyarət Edin:

    Bakı, Mətbuat Prospekti

biz sizin üçün hər formada veb sayt sifarişi edə bilərsiz

Web Sayt Sifarişi Zamanı Önəmli Nüanslar

Öncəliklə qeyd edək ki, əgər saytların yığılması xidmətimizlə maraqlanırsıza müvafiq düyməyə klikləyin, aşağıda sizə web dizayn zamanı nəzərdə tutulmalı olan məqamlardan bəhs edəcəyik. İnsanların böyük əksəriyyəti iş, təhsil və ya boş vaxtlarında gün ərzində bir çox internet saytlarına baş çəkir. Veb saytınızın uğurlu olması üçün digər saytlardan fərqlənməli və bir məqsədə xidmət etməlidir. Web saytların hazırlanması kifayət qədər mürəkkəb prosesdir. Brendinizi dəyərləndirmək və müştəri potensialınızı artırmaq üçün bütün proseslər peşəkar şəkildə idarə olunmalıdır. Ona görə də biznesinizin veb sayt hazırlanmasını peşəkarlara etibar etməyiniz məsləhətdir. Veb sayt sifarişi sizin şirkətinizin fəaliyyət sahəsindən, potensial müştəri kütlənizin xüsusiyyətlərindən, biznes məqsədlərindən asılı olaraq dəyərləndirilir. Hər hansı sayt növü olursa olsun, onun ola biləcəyi ən yaxşısı olduğuna və ziyarətçilərin razı qalacağına əmin olmaq üçün çalışılmalıdır. Sayt sifarişi verdikdə siz biznes sahibi olaraq aşağıdakılar haqqında dəqiq qərar verməlisiniz:

Rəqib saytların analizi

siz də saytınızı sifariş etdirmək istəyirsizsə müaciət edin

Rəqib şirkətlərin onlayn mövcudluğuna dair ətraflı məlumata sahib olmaq saytların yaradılması zamanı düzgün qərarlar verməyinizə kömək edəcəkdir. Belə ki, siz öz rəqiblərinizin saytları ilə bağlı çatışmazlıqları, güclü cəhətləri, eyni zamanda, müştərilərin qaldığı və ya narazılığına səbəb olan cəhətləri müəyyənləşdirməklə sayt yaratmaq prosesini əldə etdiyiniz nəticələrə uyğunlaşdıra bilərsiniz. SEO – Search Engine Optimization xidməti vasitəsilə saytınız yaradıldıqdan sonra müvafiq açar sözlərlə axtarış sistemlərində reklamsız daha yüksək yer alması təmin edilir. Bu xidmət vasitəsilə əlavə büdcə ayırmadan xərclərdən azad olacaqsınız. Öz saytınızın belə optimallaşdırılmasını və uğurlu olmasını analiz edərək saytınızın nə qədər uğurlu olduğunu və ziyarətçilərin saytınızla necə qarşılıqlı əlaqədə olduğunu görə bilirsiniz. Beləliklə, problemli yerləri müəyyən edə və düzəldə bilərsiniz. 

Saytın funksionallığı
saytınızın funksionallığı vacibdir

Web səhifələrin yaradılması zamanı saytın web dizaynı ilə yanaşı funksionallığı da əvvəlcədən müəyyənləşdirilməlidir. Bu sizin saytda hansı funksiyaları görmək istədiyinizdən asılı olaraq dəyişir. Onlayn ödəmə, onlayn sifariş, bir kliklə zəng edə bilmə, saytdan bir başa menecerlə əlaqə kimi funksiyalar buraya misal ola bilər. Bu kimi funksiyalar müştərilərə saytdan  rahat istifadə etmələri üçün daha əlverişli şərait yaradır. İstifadəsi asan veb saytlar daha çox ziyarətçi cəlb etmək potensialına malikdir. Məsələn, kargo saytının funskionallığına misal olaraq, admin paneli. operator paneli, kassir paneli (reception), xarici anbar paneli, yerli anbar paneli, çek printer, şkaf, vitrin özəlliyi, iki fərqli ödəniş inteqrasiyası, smart custom tam şəkildə inteqrasiyasını göstərmək olar.

Saytların sifarişi və veb dizaynı
burada web sayt sifarisi haqda melumat var

Sayt sifarişi zamanı uğurlu nəticə əldə etmək üçün sayt dizayn edilərkən sizin təklif etdiyiniz məhsul və xidmətlər, şirkətinizin loqosu kimi bir sıra amillər əsas tutulmalıdır. Bununla istifadəçilər üçün daha yadda qalan sayt açmaq, imicinizi formalaşdırmaq mümkündür. Araşdırmalara görə  “3 saniyəlik qayda” anlayışı vardır ki, istifadəçini səhifədə qalmağa inandırmaq üçün bu vaxt rol oynayır. Bu o deməkdir ki, siz ziyarətçiyə dərhal təsir göstərməlisiniz. Bununla yanaşı, ziyarətçilərə kim olduğunuz və nə təklif etdiyiniz barədə məlumatverici və cəlbedici bir ana səhifə yaradılmalıdır. Ziyarətçilər nə təklif etdiyinizi tez bir zamanda müəyyən etməli, əgər onlara uyğun təklifdirsə bununla bağlı sizlə əlaqə saxlamalıdırlar. Veb sayt sifarisi edirsizsə, veb dizaynı və saytın məzmunu bir-birinə paralel və tamamlayıcı olmalıdır. Bu brendinizin daha yaxşı ifadə etməyə, eyni zamanda ziyarətçilərin saytınızla səmərəli şəkildə qarşılıqlı əlaqədə olmasına imkan verəcək. Məzmununuzun və dizaynınızın eyni dildə danışması və bütöv bir şəkildə ifadə olunması üçün hər iki elementi eyni vaxtda nəzərdən keçirmək gərəklidir. Burada rənglərin də rolu vardır. Saytınızdakı müxtəlif elementlər üçün tamamlayıcı rənglərdən və ya bir-birindən fərqli tonlardan istifadə etmək olar. Beləliklə, veb sayt sifariş edərkən vacibdir ki, saytınızda diqqəti ən vacib düymələrə və ya elementlərə cəlb edə biləsiniz. Vizuallığı zənginləşdirmək üçün şəkillər, videolar, cədvəllər və sürüşdürmə effektləri kimi elementlər veb saytınızı daha cəlb edici və yadda qalan edəcək.

Sosial şəbəkə hesablarınızın saytda yer alması

saytların mobil formada siariş edilməsi

Müasir dövrdə müştərilər üçün şirkətlərin sosial media hesablarını izləmək adi hala çevrilmişdir. Bu platformalar özünü ifadə etmək üçün əvəzsizdir. Buna görə də istifadəçilərin böyük bir qismi saytınıza baş çəkərkən sosial media hesablarınıza da nəzər salmaq istəyir. Buna dair məlumat tapa bilmədikdə isə şirkətiniz haqqında müsbət olmayan fikirlərə sahib ola bilirlər. Veb sayt sifarişi ilə birgə SMM xidməti istifadə etməklə və ya sosial media hesabınızı aktiv idarə etməklə bu boşluğu aradan götürə bilərsiniz. Bu xidmət şirkətlərin hədəf auditoriyasına çatmasına, bu auditoriyanın brendləri haqqında məlumat sahibi olmasına və orada marka olaraq diqqət cəlb etməyə kömək edir.

Saytın mobil versiyası

veb sayt sifaris ederken nezere alinmali nuanslar

Saytların sifariş edilməsi zamanı nəzərə alınması lazım olan digər bir məsələ isə saytın müxtəlif mobil cihazlar olan versiyasının da hazırlanmasıdır. Əks halda, siz potensial ziyarətçi kütlənizi bir çərçivəyə salmış olacaqsınız. Bu halda da hədəf auditoriyaya tam çatmaq ehtimalınız azalır.

Saytınızın uğurlu, tanınan və səmərəli istifadə edilən sayt olmasını istəyirsinizsə, bu işi Interactive Medianın peşəkar komandasına həvalə edə bilərsiniz. Bizə müraciət edərək xidmətlərimiz haqqında ətraflı məlumat ala bilərsiniz.