• Bizə Zəng Edin:

    (+994) 50 431 77 77

  • Bizə Email Göndərin:

    [email protected]

  • Ofisimizi Ziyarət Edin:

    Bakı, Mətbuat Prospekti

Saytda CTA-ları Harada və Necə Yerləşdirmək Daha Effektivdir?

Hərəkətə çağırışlar (CTA-lar) istifadəçiləri vebsaytda müəyyən bir hərəkət etməyə sövq edən əsas amildir- istər alış-veriş etmək, istər qeydiyyatdan keçmək, istərsə də məzmun yükləmək olsun. Lakin yalnız yaxşı mesaj kifayət etmir; CTA-nın yerləşdiyi yer uğurlu konversiya ilə sadə klik arasındakı fərqi yarada bilər. Hazır olun, çünki bu postda ən effektiv CTA yerləşdirmə texnikalarının pərdəarxasını açıb, onların necə işlədiyini izah edəcəyik.

Vebsaytınız üçün ən yaxşı CTA yerləşdirmə texnikaları

Fold-un üstündə

Başqa səhifələrə giriç etmədən görünən hissə dərhal diqqət çəkir. Əsas CTA-lar üçün bu sahə çox dəyərlidir, çünki istifadəçiyə ilk anda hərəkət etmək imkanı verir. Bunu vitrin kimi düşünün. Bu, diqqəti cəlb etmək və əsas təklifinizi göstərmək üçün ən yaxşı fürsətdir. “Pulsuz baxış”, “Kolleksiyaya bax”, “Demo istə” kimi CTA-lar üçün idealdır. İstifadəçilər başqa səhifələrə giriş etsə də, əsas CTA-nın dərhal görünməsi vacibdir.

Sadəcə düymə yerləşdirmək kifayət deyil.Güclü başlıq və faydaya yönəlmiş mətnlə dəstəklənməlidir. Əsas məqsədiniz-aydınlıq və istifadəçini hərəkətə sövq etməkdir.

Hero (Qəhrəman)bölməsi
 

Hero bölməsi səhifənin ən diqqətçəkən hissəsidir.Burada yerləşən CTA istifadəçinin diqqətindən maksimum istifadə edir. Bu, ona görə effektivdir ki, hero bölməsi dəyər təklifini sürətli şəkildə çatdırır. CTA isə bu mesajın davamı kimi görünür. “Demo izləyin”, “Funksiyaları kəşf edin”, “Qoşulun” kimi CTA-lar üçün uyğundur. CTA vizual olaraq fərqlənməli, aktiv ifadələrlə yazılmalı və başlıqla uyğun olmalıdır. 

Məzmun daxilində CTA-lar

İstifadəçi faydalı məzmun oxuyarkən uyğun anda təqdim olunan CTA daha effektiv olur.Bu CTA-lar məqalə və ya xidmət təsvirlərinin içində təbii şəkildə yerləşdirilir. Məsələn, bir mövzunu izah etdikdən sonra “Daha çox öyrən” kimi CTA uyğun görünür. Əsas prinsip uyğunluq və axıcılıqdır.CTA məzmunu bölməməli, əksinə istifadəçiyə növbəti addımı göstərməlidir.

Səhifənin/Postun sonunda

İstifadəçi artıq məzmununuzu oxumağa vaxt ayırıb-istər blog yazısı, istər xidmət səhifəsi, istərsə də “Haqqımızda” bölməsi. İndi isə son nöqtəyə çatıb. Bu, CTA yerləşdirmək üçün ideal fürsətdir.Səhifənin sonunda yerləşdirilən CTA istifadəçiyə növbəti addımı göstərir. Əgər məzmun satışa yönəlmiş formatda yazılıbsa, istifadəçi artıq nə etməli olduğunu düşünür.“Konsultasiya üçün əlaqə saxla”, “Fərdi təklif istə”, “Daha çox məqalə oxu” kimi CTA-lar üçün uyğundur.

Yapışqan formatlı CTA

İstifadəçi səhifəni vərəqləyərkən CTA-nın daim görünməsini istəyirsiniz? Yapışqan CTA-lar bunun üçün idealdır. Bu elementlər səhifədə hərəkət etdikcə görünməyə davam edir.Bu üsul “Demo sifariş et”, “Pulsuz başla”, “Abunə ol” kimi təkliflər üçün çox effektivdir. Daim görünməsi istifadəçiyə istədiyi anda hərəkət etmə imkanı verir.

Məhsul/Xidmət səhifələrində yerləşdirilən CTA

Ən vacib CTA-lar məhz məhsul və xidmət səhifələrində olur. Burada istifadəçi artıq qərar verməyə yaxındır.E-ticarətdə “Səbətə əlavə et”, “İndi al”, xidmətlərdə isə “Başla”, “Təklif al”, “Görüş təyin et” kimi CTA-lar istifadə olunur. Nəzərə alın ki qiymət və əsas üstünlüklərin yanında yerləşdirilməlidir.Məqsəd prosesi mümkün qədər sadə etməkdir. İstifadəçi nə etməli olduğunu dərhal anlamalıdır.

Çıxış (Pop-up tipli) CTA-lar

İstifadəçi saytı tərk etmək üzrəykən göstərilən pop-up son şansdır. Bu, diqqəti yenidən cəlb etmək və istifadəçini saxlamaq üçün istifadə olunur.Ən yaxşı nəticə verən pop-up-lar dəyər təklif edir: endirim, pulsuz resurs, webinar dəvəti və ya eksklüziv məzmun.

Qiymət səhifələrində CTA-lar

Qiymət səhifəsi qərar mərhələsidir. Burada CTA-lar çox aydın və konkret olmalıdır.Hər qiymət plan üçün ayrıca CTA olmalıdır: “Qeydiyyatdan keç”, “Planı seç”, “Başla”. Bu düymələr seçimi asanlaşdırmalı və planın dəyərini vurğulamalıdır.

Təşəkkür səhifələrində CTA-lar

Təşəkkür səhifələri tez-tez unudulur, amma burada da CTA yerləşdirmək olar.İstifadəçi artıq bir addım atıb, ona görə də növbəti addımı təklif etmək üçün yaxşı fürsətdir. “Sosial şəbəkələrdə paylaş”, “Digər xidmətlərə bax”, “Dostunu dəvət et” kimi CTA-lar burada effektiv olur.

Yadda saxlayın ki,CTA yerləşdirmək sadəcə dizayn işi deyil-bu, birbaşa istifadəçinin psixologiyasını anlamaqdır. Düzgün yerləşdirilmiş CTA ilə siz biznesinizə sürətli nəticələr əldə edə bilərsiniz.

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir