• Bizə Zəng Edin:

    (+994) 50 431 77 77

  • Bizə Email Göndərin:

    [email protected]

  • Ofisimizi Ziyarət Edin:

    Bakı, Mətbuat Prospekti

Onlayn mağaza / e-ticarət saytlarının hazırlanması

Onlayn mağaza açmaq bəzən çətin görünə bilər, xüsusilə də siz elektron ticarətdə artıq mövcud olan böyük və tanınmış şirkətlərlə rəqabət aparacaqsınız. Lakin, 21-ci əsrin ən öndə gedən biznes istiqameti sizə, sahibkar kimi, böyük təkan verəcək. Sizdən tələb olunan yalnız bir şey var: düzgün texniki alətlərdən istifadə etməklə tez bir zamanda onlayn mağaza qurmaqdır.

Və məhz bugün İntactdia-nın çox illik rəqəmsal biznes təcrübəsinə əsaslanaraq, sizə ilk onlayn mağazanızı qurmağa kömək edəcəyik.

E-ticarət saytınızı yığmaq vaxtıdır

Biznes sahənizə uyğun e-ticarət platformasını seçin

Siyahıdan sizə uyğun onlayn ticarət platformanı seçin:

  • Shopify: Sürətli qurulma prosesi, müasir dizayn, asan idarəetmə
  • WooCommerce (WordPress): Daha çox fərdi imkanlar, daha ucuzdur, lakin daha çox texniki bacarıq tələb ediən
  • Wix: Qurulması asandır, çoxlu dizayn seçimləri və müxtəlif alətlər təqdim edir

Onlayn mağaza nə qədər başa gəlir?

Ümumi qiyməti platformadan, dizayndan, funksionallıqdan və mağazanı özünüz qurmağınızdan və ya mütəxəssis tutmağınızdan asılıdır. Məsələn:

Platforma və hosting

  • Shopify: ayda €22-dən başlayır (hosting, SSL, dəstək daxildir)
  • WooCommerce: ayda €15–20 (hosting + domen)
  • Wix: limitli pulsuz planlar və ya ayda €15-dən başlayan ödənişli planlar

Domen və SSL sertifikatları

  • Domen: təxminən €15 / il
  • SSL sertifikatı: çox vaxt hosting paketinə daxildir (Shopify, Wix, Mozello) və ya ayrıca ildə təxminən €10-dan başlayır

Dizayn və funksionallıq

  • Tema (şablon): pulsuzdan €150-yə qədər
  • Peşəkar fərdi dizayn: €1,500–3,000+
  • Plaginlər (abunəliklər, kalkulyatorlar, çoxdilli sistem və s.): €50-dan başlayaraq

Ödənişlər və çatdırılma

  • MakeCommerce ödəniş modulları: pulsuz
  • Tranzaksiya haqqı: ödəniş üsulundan asılıdır
  • Ölkədaxili çatdırılma: pulsuz plan və ya ayda €5 olan Pro plan

Marketinq və texniki xidmət haqqları

  • Google Ads və Facebook Ads büdcəsi: ayda €300-dən başlayır
  • SEO və kontent: özünüz etsəniz €0, agentlik vasitəsilə ayda €300-dən başlayır
  • Texniki xidmət və dəstək: ayda €20–100 və ya razılaşmaya əsasən

Ödəniş üsullarını diqqətlə əlavə edin

Ödəniş üsulları satış konversiyası üçün çox vacibdir. Müştərilər üstünlük verdikləri ödəniş metodunu görməsələr, bir dəqiqə ərzində alışdan imtina edə bilərlər. Yerli və beynəlxalq ödəniş üsullarının qarışığını təklif edin:

  • Bank ödənişləri:
  • Kart ödənişləri: Visa və MasterCard – xüsusilə beynəlxalq müştərilər və mobil istifadəçilər üçün
  • Apple Pay və Google Pay: mobil alış-veriş üçün çox rahat seçimdir

Və O An Gəlib Çatdı, Mağazanı işə salın və satışa başlayın!

İşin əsas hissəsini tamamlayıb, mağazanı tam yayımlamaq vaxtıdır.

Amma onlayn mağazanızı ilkin testdən keçirin:

  • Məhsulu səbətə əlavə edib ödəmə sisteminin funksionallığın yoxlayın
  • Təsdiq email-lərinin işlədiyini yoxlayın
  • Mobil versiyasınıg test edin
  • Dostlardan rəy alın

Təbriklər – siz artıq rəsmi olaraq e-ticarətdəsiniz!

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir