Domain və Hosting Seçimi: Yeni Başlayanlar üçün Yol Xəritəsi
Veb sayt açmağı planlaşdırırsınız? Bunun nə qədər həyəcanlı proses olduğunu yaxşı bilirik. Amma bugün biz bu prosesi sizə dəqiq və əlçatan səviyyədə izah edəcəyik.
Atmalı olduğunuz ilk addım domen adını seçmək, daha sonra isə saytınız üçün ən uyğun hostinq xidmətini müəyyən etməkdir.Bütün bu addımlar haqqında bizim bələdçi blogumuzda öyrənə bilərsiniz.
Domen adının seçilməsi

Domen Nədir?
Domen adı internetdə müəyyən bir veb sayta işarə edən unikal, insan tərəfindən oxuna bilən veb ünvanıdır. Domen iki hissədən ibarətdir: yuxarı səviyyəli domen (TLD), hansı ki onun kateqoriyasını və ya məqsədini müəyyən edir, məsələn .com, .org və ya .io, və ikinci səviyyəli domen (SLD), hansı ki sizin qeydiyyatdan keçirdiyiniz unikal addır.
Domen Adının Seçmə Prosesi
Domen adı planlaşdırarkən hədəf auditoriyanızı nəzərə alın. Onların axtarış və açar sözlərdən istifadə etmə üstünlüklərinə nəzər yetirin. Domen adınıza bir və ya bir neçə açar söz əlavə etməyə çalışın ki, axtarış nəticələrində daha yuxarı yerlərdə görünün. Domen adınızda tire (-) və xüsusi simvollardan istifadə etməmək tövsiyə olunur, çünki bu qarışıqlıq yarada bilər.
Domen uzantısı
Bir çox sahibkar yalnız “.com” domeninin kifayət etdiyini düşünür. Amma əgər .com domenini əldə etmək çətindirsə, .shop, .biz, .us, .info və s. kimi digər uzantılardan da istifadə edə bilərsiniz. Sadəcə əmin olun ki, seçdiyiniz uzantı biznes növünüzə uyğun gəlir. Məsələn, .org əsasən qeyri-kommersiya təşkilatları, .shop isə onlayn mağazalar üçün istifadə olunur.
Domen ticarət nişanı problemləri
Artıq qeydiyyatdan keçmiş ticarət nişanlarını (trademark) ehtiva edən domen adlarından uzaq durun. Əgər domeninizdə qorunan bir marka adı varsa (məsələn, “Microsoft”), bu hüquqi problemlərə səbəb ola bilər. Hətta oxşar yazılış da problem yarada bilər və ciddi maliyyə itkilərinə gətirib çıxara bilər.
Domenin Qeydiyyata Alınması
Domen qeydiyyatı zamanı adınız, ünvanınız və telefon nömrəniz tələb olunur və bu məlumatlar açıq şəkildə internetdə görünə bilər. Bu isə spam, fişinq hücumları və ya şəxsiyyət oğurluğu riskini artırır.Buna görə də domen məxfiliyi (WHOIS privacy) xidmətindən istifadə etmək vacibdir. Bu xidmət sizin şəxsi məlumatlarınızı gizlədərək təhlükəsizliyinizi qoruyur.
SSL sertifikatı
SSL sertifikatı saytınızda ötürülən bütün məlumatları şifrələyərək qoruyur. Bu, istifadəçilərdə etibarlıq yaradır və saytınızın təhlükəsiz olduğunu göstərir. Əgər vebsaytınızda SSL aktivdirsə,istifadəçinin brauzerində yaşıl kilid işarəsi görünür və sayt ünvanı https ilə başlayır. Buradakı “s” təhlükəsiz bağlantını ifadə edir.
Domeni harada qeydiyyatdan keçirmək olar?
Domen seçdikdən sonra onu domen qeydiyyatçısından almalısınız. Domen və hostinqi eyni provayderdən almaq daha rahat idarəetmə imkanı yaradır. Bəzi provayderlər mövcud domenlərin transferinə də imkan verir.
İndisə, Hostinqə keçək:
Hostinq xidməti

Hostinq Nədir?
Veb hostinq internet bağlantısı olan hər kəs üçün veb saytı əlçatan edən xidmətdir.Arxa planda, hostinq provayderi serverlər adlanan xüsusi, daim onlayn olan maşınları saxlayır, hansı ki saytınızın fayllarını saxlayıb, onun kodunu icra edir və səhifələri onları tələb edən hər bir ziyarətçiyə çatdırır. Beləliklə, hostinq saytınızı internetdə aktiv edir.
Bütün hostinq xidmətləri eyni deyil. Ən çox istifadə olunan 4 növ hostinq mövcuddur:
- Shared Hosting (Paylaşılan hostinq) – Bir serverdə bir neçə sayt yerləşir və resursları bölüşürlər. Kiçik və orta saytlar üçün uyğundur və daha ucuzdur.
- Dedicated Server (Ayrılmış server) – Serverin bütün resursları yalnız sizin saytınıza məxsus olur. Yüksək trafik və təhlükəsizlik üçün idealdır.
- VPS Hosting – Fiziki server virtual hissələrə bölünür və sizə ayrılmış hissə təqdim olunur. Daha çox nəzarət və sabitlik verir.
- Cloud Hosting – Sayt bulud üzərində yerləşir və ehtiyac olduqda avtomatik genişlənir.
Hər ikisinə ehtiyac varmı?
Bəli, həm domenə, həm də hostinqə ehtiyacınız var. Hostinq olmadan domen o deməkdir ki, brauzerin serverdən götürəcəyi heç bir fayl yoxdur. Domeni mövcud bir səhifəyə, məsələn sosial media profilinə yönləndirə bilərsiniz, amma bu veb sayt deyil. Hostinq domen olmadan isə o deməkdir ki, ziyarətçilərin saytınıza çatmaq üçün yadda qalan bir ünvanı yoxdur.
Beleliklə, sizin Hostinq-Domain Yol xəritəsi hazırdır!
Addım 1
Domain adı seçin.
Addım 2
Domain qeydiyytadan keçirdin.
Addım 3
Uyğun hosting seçin.
Addım 4
Hosting ilə domeni birləşdirin.
Addım 5
Sayt platforması qurun.
İnteractive Media ilə tez bir zamanda domeni və hostinqi onlayn biznesinizə quraşdırıb, satış etməyə başlaya bilərsiniz.