UI/UX Dizayn Nədir? Yaxşı Saytı Pis Saytdan Ayıran Faktorlar
Müasir veb dizaynda UX/UI-nin rolu vacibdir. Yaxşı dizayn edilmiş istifadəçi təcrübəsi (UX) və istifadəçi interfeysi (UI) bir vebsaytı ya uğurlu edə, ya da uğursuz edə bilər. İstifadəçilər saytınıza daxil olduqda, onların ilk təəssüratları saniyələr içində formalaşır. Problemsiz və intuitiv dizayn ziyarətçiləri cəlb edə bilər, lakin qarışıq formatda olan interfeys onları vebsaytınızdan uzalaşdıra bilər.
UX/UI dizayn yalnız gözəl görünüşdən ibarət deyil. Bu, həmçinin cəlbedici və əlçatan istifadəçi təcrübəsi yaratmaq deməkdir. UX/UI dizayn istifadəçilərin saytda asan hərəkət etməsini, məlumatı tez tapmasını və servis prosesin tamamlamasını təmin edir. Bu, yalnız istifadəçi məmnuniyyətini artırmır, həm də daha yüksək performans və konversiya göstəricilərinə gətirib çıxara bilər.
Bu məqalədə siz UX/UI dizayn haqqında daha ətraflı məlumat alıb, vebsaytınız üçün lazım olan ən innovativ həllər ilə daha da yaxın tanış olacaqsınız.

UI Dizayn Nədir?
İstifadəçi interfeysi (UI) dizaynı istifadəçinin məhsulla qarşılıqlı əlaqəsini təmin edən bütün vizual elementlərin yaradılmasıdır. Eləcədə UI dizayn görünüşü və istifadə rahatlığını tənzimləyir. Məhsulun cəlbedici olması istifadəçinin diqqətini çəkir və istifadəçi məhsuldan davamlı istifadə etmək istəyir.
UX Dizaynı Nədir?
UX dizayn istifadəçinin məhsulla olan təcrübəsinə fokuslanır. Qüsursuz UX dizayn məhsulun funksional və istifadəsi asan olmasını təmin edir. Düzgün istifadə olunan UX Dizaynı müştəri üçün məhsulu təkrar istifadə etməsinə gətirib çıxarır.
Gəlin Güclü Vebsaytın Əsas Kriteriyaları ilə Tanış Olaq:
Aydın və Dəqiq Çağırış Mesajı (CTA)-Siz saytınızın effektivliyi yaxşı hazırlanmış çağırış mesajı ilə (CTA) ya yüksələ, ya da zəiflədə bilərsiniz. Əsas məqamlardan biri odur ki sizin çağırış mesajınız (CTA) vizual olaraq seçilməli və istifadəçiləri növbəti addımı atmağa təşviq edən mətnə malik olmalıdır.

Axtarış Sistemləri üçün Optimallaşdırılmış Məzmun-İnsanların saytınızı görməsi üçün axtarış sistemlərinin optimallaşdırılması, yəni SEO vacib ro oynayır. Məqalə, brendiniz haqqında olan məlumatı düzgün başlıqlarla təşkil etməyi, təsviri meta teqlər yaratmağı və uyğun açar sözlərdən ibarət olmalıdır.

Sürətli Vebsayt Yüklənməsi-Sürətli dəyişən müasir mühitdə istifadəçilər dərhal nəticə istəyirlər. Yavaş sayt itirilmiş imkanlara və yüksək tərk etmə göstəricilərinə səbəb ola bilər. Saytınızın hər istifadəçi üçün, yerləşməsindən asılı olmayaraq, tez yüklənməsini təmin etmək üçün şəkilləri optimallaşdırın, brauzer keşindən istifadə edin və Məzmun Çatdırılma Şəbəkəsindən (CDN) istifadə etməyi düşünün.
Güclü CTA, SEO-ya uyğun məzmun və sürətli yüklənmə kimi faktorlarla birlikdə peşəkar UX/UI yanaşması biznesinizə daha çox ziyarətçi cəlb etməsinə, etibar qazanmasına və konversiya göstəricilərini artırmasına birbaşa təsir göstərir. Buna görə də, uğurlu və rəqabətədavamlı vebsayt yaratmaq istəyən hər bir şirkət UX/UI dizaynına strateji investisiya kimi yanaşmalıdır.