Saytların Təhlükəsizliyini Artıran Həllər
Veb sayt təhlükəsizliyi veb sayt sahibinin öz saytını kibercinayətkarlardan qorumaq üçün mütləq həyata keçirməli olduğu bir addımdır. Bu, həmçinin saytı hər hansıkiberhücumlar, haker müdaxilələri və digər təhlükələrdən qorumaq üçün də vacibdir.
Veb saytınızı qorumaq və təhlükəsiz saxlamaq daim diqqətdə saxlamalı olduğunuz mühüm bir məsələdir, çünki kiberoğrular və hakerlər istənilən vaxt biznesinizin həssas məlumatlarına daxil ola bilərlər. Təhlükəsizlik tədbirləri olmadan, siz zərərli proqramların (malware) saytınıza, şəbəkələrinizə və digər infrastrukturlara yayılması və genişlənməsi riskini artırmış olursunuz.
Bugün biz, İnteractive Media komandası olaraq sizə veb biznes təhlükəsizliyinizi artıran həlləri haqqında daha ətraflı danışacayıq.
HTTPS/SSL ilə End-to-End Şifrələmənin Tətbiqi

HTTPS (HyperText Transfer Protocol Secure) SSL/TLS sertifikatı istifadə edərək istifadəçinin brauzeri ilə serveriniz arasında şifrələnmiş kanal yaradırsınız. Bu proses bütün kommunikasiyanı, o cümlədən giriş məlumatlarını, şəxsi məlumatları və ödəniş detalları kimi məlumatları, hücum edənlərin “man-in-the-middle” hücumları zamanı ələ keçirməsindən qoruyur.
Lakin HTTPS olmadan bütün məlumatlar açıq mətn (plaintext) şəklində göndərilir və bu da şəbəkəni izləyən hər kəs üçün asan oxunaqlı edir. Müasir brauzerlər artıq HTTPS olmayan saytları “Not Secure” kimi işarələyir ki, bu da istifadəçi etibarına zərər vurur və axtarış sistemi reytinqlərinə mənfi təsir edir.
SSL/TLS Konfiqurasiyasını Güclənidirin
Sadəcə HTTPS aktiv etməkdən əlavə, güclü tətbiq serverin TLS konfiqurasiyasını gücləndirməyə də fokuslanın. Bütün HTTP trafiki daimi olaraq HTTPS-ə yönləndirin və HTTP Strict Transport Security (HSTS) aktiv edin. Bu başlıq brauzerlərə yalnız HTTPS ilə qoşulmağı tapşırır və zəif hücumlarının qarşısını alır.
Müasir protokollardan istifadə edin: Köhnəlmiş protokolları (SSLv3 və erkən TLS versiyaları) deaktiv edin. Serveriniz ən azı TLS 1.2, ideal olaraq isə TLS 1.3 dəstəkləməlidir.
Şifrə Sisteminizi Bir Daha Yoxlayın
Şifrə idarəçiliyi ən təsirli təhlükəsizlik təcrübələrindən biridir, çünki brute-force hücumları və “credential stuffing” kimi avtomatlaşdırılmış hücumlara qarşı birbaşa müdafiə təmin edir.
Multi-Factor Authentication (MFA)

İndiki zamanda təkcə şifrələr artıq kifayət etmir. MFA istifadəçilərdən iki və ya daha çox təsdiq faktoru tələb edərək əlavə təhlükəsizlik qatını təmin edir.
Patch Management-in Nəzərdən Keçirin
Köhnəlmiş proqram təminatı hücumçular üçün əsas giriş nöqtəsidir. Buna görə patch management kritik əhəmiyyət daşıyır. Bu təhlükəni aradan qaldırmaq üçün yeniləmələri avtomatlaşdırın, test edin və təhlükəsizlik bildirişlərini izləyin.
Web Application Firewall (WAF)

WAF istifadəçilərlə server arasında qoruyucu qat kimi işləyir və zərərli HTTP trafiki bloklayır. SQL Injection, XSS və fayl tipli hücumlarından qoruyur.
Biznes sahibi olaraq siz sadəcə saytı qurmaqla kifayətlənə bilməzsiniz. Şirkətinizin və müştərilərinizin məlumatlarını qorumaq məsələsində həmişə proaktiv olun. Saytınız onlayn ödənişlər və ya şəxsi məlumatlar qəbul etsə də, istifadəçilərin sayta daxil etdiyi məlumatlar mütləq doğru əllərə çatmalıdır.