• Bizə Zəng Edin:

    (+994) 50 431 77 77

  • Bizə Email Göndərin:

    [email protected]

  • Ofisimizi Ziyarət Edin:

    Bakı, Mətbuat Prospekti

Sayt Üçün Düzgün Struktur Necə Qurulur? (Sadə Addımlarla)

Veb sayt strukturu əslində səhifələrin necə təşkil olunduğunu və bir-biri ilə necə əlaqələndiyini göstərən bir plan (blueprint) rolunu oynayır. Bu struktur həm istifadəçilərin saytda necə hərəkət etdiyini, həm də axtarış sistemlərinin məzmununuzu necə indekslədiyini birbaşa təsir edir.

Möhkəm və düzgün qurulmuş veb sayt strukturu olmadıqda, ziyarətçilər saytınızı tez tərk edə bilər, eyni zamanda axtarış sistemləri səhifələrinizi düzgün şəkildə sıralamağda çətinlik çəkə bilər.

Lakin düşünülmüş planlama ilə siz həm genişlənə bilən, həm də istifadəçi üçün rahat təcrübə yarada bilərsiniz ki, bu da saytınızın həm aşkar olunmasını, həm də inkişafını dəstəkləyir.

Bu bloqda İnteractive Media komandası olaraq, sizə bir neçə addımda vebsayt strukturu haqqında tam məlumatlandıracayıq.

Vebsayt Strukturu

İlk öncə vebsaytınızın strukturunu seçin:

Tip 1: İyerarxik / ağac modeli- İyerarxik struktur və ya ağac modeli ən çox istifadə olunan və intuitiv veb sayt strukturlarından biridir. Bu model məzmunu yuxarıdan aşağıya doğru təşkil edir. Əsas səhifə (homepage) ən yuxarıda yerləşir, daha sonra əsas kateqoriyalar, onların altında isə alt-kateqoriyalar gəlir.

Tip 2: Xətti / ardıcıl model- Xətti və ya ardıcıl model məzmun səhifələrini müəyyən edilmiş bir sıra ilə təqdim edir və istifadəçiləri əvvəlcədən planlaşdırılmış bir yol üzrə yönləndirir. İstifadəçilər səhifələr arasında addım-addım irəliləyir, adətən “növbəti” və “əvvəlki” düymələri ilə hərəkət edirlər.

Tip 3: Şəbəkə modeli-şəbəkə modeli istifadəçilərə bir-biri ilə əlaqəli səhifələr arasında sərbəst şəkildə hərəkət etməyə imkan verir. Əsas səhifə çoxsaylı linklərlə mərkəzi “hub” rolunu oynayırsa, buna bəzən matris tipli ana səhifə dizaynı da deyilir. (Uyğundur: İnteraktiv platformalara, bilik bazalarına, ensiklopediyalar və şəxsi portfoliolar üçün)

Ana səhifə

Ana səhifə ziyarətçilərə saytın nə təklif etdiyini qısa şəkildə göstərir və onları ən vacib bölmələrə yönləndirir. Bu sizin saytınızın naviqasiyasının və ümumi strukturunun əsas dayağı olur və bütün digər səhifələr üçün “başlanğıc nöqtəsi” rolunu oynayır.

Menyular istifadəçiləri saytın müxtəlif bölmələrinə istiqamətləndirir. Əsas naviqasiya menyusu sayt strukturunun ən vacib elementlərindən biridir və istifadəçilərə aydın, davamlı bir keçid yolu təqdim edir. Naviqasiyanız sadə, aydın və bütün cihazlarda istifadəsi rahat şəkildə dizayn edin. 

Kateqoriyalar

Əgər saytınızda çoxlu məzmun varsa, kateqoriyalar onu təşkil etməyə kömək edir. Onlar həm istifadəçilər, həm də axtarış sistemləri üçün asan başa düşülən məntiqi iyerarxiya yaratmalıdır.

Məzmun səhifələri 

Bunlar saytın əsas mesajını daşıyan səhifələrdir: məhsul məlumatları, bloq yazıları, FAQ bölməsi, case study-lər və s. Hər səhifə düzgün yerdə yerləşməlidir ki, istifadəçi harada olduğunu və növbəti addımın nə olduğunu anlaya bilsin.Məzmunun tərkibi sizin biznesinizdən asılıdır.

Daxili linklər

Daxili linklər eyni sayt daxilində müxtəlif səhifələri bir-birinə bağlayan keçidlərdir. Onlar istifadəçiləri yönləndirmək, axtarış sistemləri üçün struktur yaratmaq və səhifələr arasında dəyəri (link equity) bölüşdürmək üçün vacibdir. Əlaqəli məzmunları bir-birinə bağlamaq üçün strategiya qurun. Əsas səhifələri müəyyənləşdirin və onları digər məzmunlarda təbii şəkildə linkləyin.

URL strukturu

URL strukturu həm istifadəçi təcrübəsinə, həm də SEO-ya ciddi təsir edir. Aydın və məntiqli URL-lər istifadəçilərə səhifənin məzmununu başa düşməyə kömək edir və axtarış sistemlərinin saytı daha yaxşı indeksləməsini təmin edir.

Beləliklə, vebsaytınızı quranda əsas prioritetlərinizi sadəliyə, məntiqə və istifadəçi baxışına yönləndirin. Vebsayt strukturunuz istifadə üçün rahat, SEO rahat sıralana bilən və sizə daha çox nəticə gətirməlidir

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir