Loqo (logo) Hazırlanması, Loqoların Hazırlanması – Loqo Dizaynı Xidməti
- Home
- Loqo (logo) Hazırlanması,…
Logo (və ya loqo) hazırlanması və ya sifarişi üçün bizə biznesinizin adı, xidmət və ya məhsulları, missiya və vizyonu haqqında məlumat verməyiniz xahiş olunur.
Aşağıda isə logo sifarişi və hazırlanması zamanı diqqət olunmalı olan nüansları qeyd edirik.
Logo sadə sözlə desək, yazı və şəkildən ibarət dizayn olub hər hansı bir şirkət və ya qurumu simvolizə edir. Yaxşı bir loqo hazırlanması isə bir simvoldan daha artıq məna kəsb edir. Logo insanların sizin kim olduğunuzu, hansı işlə məşğul olduğunuzu və sizin dəyərinizi ifadə edir. Bəli, bu kiçik bir şəklin və ya ikonun nə qədər önəmli olduğunu göstərir.
Logo nə üçün lazımdır?
- İlk növbədə onu qeyd etmək lazımdır ki, loqotiplərin hazırlanması istənilən biznesə onu rəqiblərindən fərqləndirən unikallıq qazandırır.
- Logo biznesin potensial müştərilərlə ilkin kommunikasiyasında rol oynayır. Belə ki, logo sizin fəaliyyət göstərdiyiniz sahə, istehsal etdiyiniz məhsul və ya göstərdiyiniz xidmət, hədəf kütləniz və dəyərləriniz barədə məlumat ifadə edir. Məsələn, ətraf mühitə qayğı ilə yanaşan və davamlılıq prinsiplərinə əsaslanan şirkətlərin yaşıl rəng – təbiət rəngində logo seçməsi buna misal ola bilər.
- Logo insanlar üzərində vizual təsir yaradaraq brendin tanınmasına kömək edir. Bu o deməkdir ki, insanların hər hansı biznesi yadında saxlaması və ya xatırlaya bilməsinə imkan yaradır.
Uğurlu logoların hazırlanması zamanı aşağıdakı amilləri nəzərə almaq lazımdır:
- Logo hazırlanmasından əvvəl mütləq şəkildə rəqiblərin logolarına diqqət etmək lazımdır. Bu sizə rəqiblərin logoları arasında özünüzə bir yer seçə bilməyinizə, təkrarçılıq etməməyinizə və unikal olmağınıza yardım edəcək.
- Loqo hazırlanması zamanı loqo dizaynı yadda qalan olması ən vacib şərtlərdən biridir. Yadda qalan dizayna malik logo brendin tanıdılmasına və asanlıqla xatırlana bilməsinə kömək edir.
- Loqotiplərin hazırlanması zamanı mürəkkəb dizaynlardan uzaq olmaq və sadə logolara üstünlük vermək lazımdır. Bununla insanların brend haqqında ilkin təəssüratları qarışıq deyil, daha yadda qalan olacaqdır.
- Logoların veb saytlardan qələmlərədək fərqli formalarda istifadə olunduğu nəzərə alınmalıdır. Əks halda, kiçik ölçüdə loqo hazırlanması tamamilə anlaşıqlı olmayacaq və ya fərqli şəkil alan logolar ortaya çıxa bilər.
- Logonun fəaliyyət göstərdiyiniz sahəyə, təklif etdiyiniz məhsul və ya xidmətə uyğunluğu digər bir önəmli nüansdır. Məsələn, maliyyə xidmətləri göstərən bir şirkətin gülməli və ya ciddi olmayan bir loqo seçməsi son dərəcə yalnış bir seçimdir.
- Logo sifarişi zamanı nəzərə almaq lazımdır ki, onun dizaynı bütün zamanlara uyğun ola biləcək birformada olmalıdır. Son trendlərə əsaslanan logo seçimi müəyyən bir müddət sonra dəyişilməli olur. Ona görə də, bütün dövrlərdə unikal təsir bağışlayacaq və təsirli ola biləcək logo yaratmaq lazımdır.
Logo dizayn adətən yazı, işarə və ya şəkil, rəng kimi elementlərdən ibarət olur. Logonun yazı hissəsini adətən şirkətin adı, bəzən də onun sloqanı təşkil edir. Yazının yeri və stili hər tərəfli şəkildə düşünülüb tətbiq edilməlidir. İşarəsi və ya şəkil dedikdə, logoda yer alan hər hansı bir şəkil və ya element nəzərdə tutulur. Rəng isə logonun effektini və təsirliliyini təmin edən ən vacib nüanslardan biridir.
Loqoların hazırlanması üçün peşəkarların xidmətindən yararlanmaq uğurlu bir logoya sahib olmaq və biznes məqsədlərinizə doğru uğurla addımlamağızın üçün olduqca vacibdir. Bu sahədə uzun müddətli təcrübəyə malik, müxtəlif sahələrdə fəaliyyət göstərən şirkət və qurumlara logolar hazırlamış əməkdaşlarımız sizin istəyinizə və biznesinizə ən uyğun logonun hazırlanması üçün hər zaman xidmətinizdədir.
Hazırladığımız Loqolar