col reklamlariÇöl reklamı ənənəvi reklam növlərindən biri olub, müştərilərin küçədə hərəkəti zamanı heç bir səy göstərmədən qarşılaşdıqları reklam formasıdır. Çöl reklamı maksimal dərəcədə qısa, lakonik, başa düşülən, səliqəli, diqqət cəlb edən olmalıdır. Burada reklamın dizaynı da son dərəcə önəmlidir.

Çöl reklamlarından istifadə etməklə Siz biznesinizin 24 saat aktiv olan tanıtımına nail ola bilər, nəzərdə tutduğunuzdan daha geniş müştəri kütləsinə xitab edə bilərsiniz. Eyni zamanda xüsusi coğrafi bölgəyə fokuslanmaqla, yəni çöl reklamının biznesin hədəf kütləsinə uyğun ərazidə yerləşdirilməsi ilə onun birbaşa potensial müştərilərə xitab etməsinə şərait yarada bilərsiniz. Buna əlavə, bütün reklam fəaliyyətlərinin effektivliyini artırmaq üçün digər reklam formaları ilə eyni mesajı ifadə edən çöl reklamlarının xatırladıcı rolundan yararlana bilərsiniz.

Əgər siz onlayn reklamlarla maraqlanırsınızsa, xidmətlərimiz bölməsinə klikləyərək istədiyiniz onlayn reklam xidmətlərimiz haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

İndi isə sizə aşağıdakı və digər çöl reklamlarının hazırlanması xidmətlərini təklif edirik:


  • İşıqlı və İşıqsız Qabarıq Hərflərlə Yazılar;
  • Nej Hərflərlə Yazılar;
  • Banner Çapı (Stend Reklamları və s.);
  • Vinil Çapı;
  • Sərgi İşi;
  • Lightboxların Hazırlanması;
  • Pilon Reklam;
  • Neon Reklam.