video rolik hazirlanmasi video rolik hazirlamaq video rolik duzeltmekMüasir dövrdə video roliklər onlayn marketinqin önəmli hissələrindən birinə çevrilmişdir. Səs və vizual elementləri eyni zamanda özündə birləşdirən video roliklər şəkil və mətnlə müqayisədə bir çox üstünlüklərə sahibdir:

  • Araşdırmalar müasir müştərilərin video roliklər izləməkdə daha maraqlı olduqlarını, hətta müştərilərin 30%-inin hər hansı bir məhsulu almağa ona aid müvafiq video roliki izlədikdən sonra qərar verdiyini göstərir.
  • Video roliklər özündə məhsul, xidmət, şirkət haqqında daha detallı informasiyanı əks etdirə bilir. Bu da tamamilə məlumatsız izləyiciləri belə məlumatlandırmağa kifayət edir.
  • Video digər reklam vasitələrindən fərqli olaraq, emosional təsir gücünə malikdir. İzləyicilərlə emosional bağlılıq qurmaq onların yadında uzun müddət qalmağa kömək edir.
  • Axtarış sistemləri axtarış zamanı video rolikləri ön plana çıxaran alqoritmlərə əsaslanır. Bu da video roliklərin müəyyən açar sözlər üzrə axtarışlarda ilk sıralarda çıxmasına və onların düzgün hədəf kütləsinə yönləndirilməsinə səbəb olur.
  • Video roliklərlərin hazırlanması qısa müddət ərzində daha çox informasiya ötürmək üçün idealdır. İzləyicilər üçün dinləmək uzun mətnləri oxumaqdan daha asan olub az vaxt tələb edir.

Video rolik hazırlamaq işini professionallara həvalə etmək ortaya çıxan işin keyfiyyəti baxımından son dərəcə önəmlidir. Çünki video rolik hazırlanması prosesində nəzərə alınması vacib olan müxtəlif məsələlər var. Bunlardan bəzilərinə diqqət yetirək:

  • Kontentin yaradılması video rolik düzəltmək prosesinin ən mühüm hissəsidir. Video rolikin unikal və hədəf kütləsinə birbaşa xitab edən kontentə sahib olması onun öz funksiyalarını yerinə yetirməsi və uğurlu alınması ilə nəticələnəcək. Kontentdə təkrarçılığa yol verilməsi və ya rəqib şirkətlərin kontentlərinə bənzərliyin olması video roliklərin hazırlanmasında ən çox yol verilən səhvlərdəndir.
  • Video rolik yaradılması zamanı videonun məqsədi, hədəf qrupu və harada paylaşılacağından asılı olaraq onun müddətinə düzgün qərar vermək lazımdır. Video rolik izləyicilərin diqqətini çəkmək, onların yadında qalmaq və lazımi informasiyaları effektiv şəkildə çatdırmaq üçün optimal müddətə sahib olmalıdır.
  • Video rolik hazırlanmasında yazılardan da istifadə olunur. Videonun əsas məqsədini və ya burada təklif olunan xidmət, məhsul haqqında informasiyanı qısa və lakonik şəkildə ifadə edə biləcək yazıların diqqət cəlb edən şəkildə yazılmış olması olduqca vacibdir. Video rolikdə yer alan yazıların həcmi elə ideal olmalıdır ki, izləyiciləri yormadan, videodakı vizual elementləri arxa planda qoymadan mesajı aydın şəkildə ifadə etsin.
  • Səsləndirmə video rolik hazırlamaq üçün digər bir vacib məsələdir. Belə ki, videoda yer alan səsləndirmə sadə dildə olmalı, hədəf qrupu üçün anlaşıqlı olmalıdır. Bir çox şirkətlərin video roliklərində yer alan əsas problemlərdən biri məhz texniki dildə olan səsləndirmədir. İzləyicilər üçün başa düşülən olmayan və ya çətin başa düşülən videolar istənilən nəticələri vermir.

İndi isə video rolik hazırlanma prosesi ilə daha yaxın tanış olmaq vaxtıdır

Video roliklərin hazırlanması peşəkar və mərhələli şəkildə həyata keçirilir:

1️⃣ İlkin müzakirə və brief hazırlanır
Bu mərhələdə müştərinin məqsədi, hədəf auditoriyası və istəkləri müəyyən edilir.

2️⃣ Ssenarinin hazırlanması-Burada videonun ideyası, mətnləri və struktur planı hazırlanır.

Dizayn və vizual konseptin təqdim olunması-Bu mərhələdə İnteractive Media komandası sizə Storyboard və vizual üslub formalaşdırır.

4️⃣ Animasiya və ya montaj mərhələsi- Artıq bu mərhələdə video çəkiliş, animasiya və montaj işləri həyata keçirilirməyə başlayır.

5️⃣ Səsləndirmə və musiqi əlavə olunması- İstəyinizə uyğun olaraq peşəkar səsləndirmə və uyğun fon musiqisi seçilir.

Və nəhayət son düzəlişlər və təhvil prosesi- Müştərinin rəylərinə uyğun son dəyişikliklər edilir və video təhvil olunur.

İnteractive Media ilə Biznesinizə Video Rolik Yaradın

Bizim komandamız müxtəlif məqsədlər üçün peşəkar video rolik hazırlanması xidmətləri təqdim edir. Hər bir layihə biznesinizin hədəflərinə uyğun fərdi yanaşma ilə hazırlanır.

Təklif etdiyimiz video xidmətlər:

  • Reklam video roliklərinin hazırlanması

  • 2D animasiya video rolikləri

  • 3D animasiya video rolikləri

  • Korporativ tanıtım videoları

  • Sosial media üçün qısa video kontent

  • Məhsul və xidmət təqdimat videoları

  • Təlim və icmal tipli video roliklər

Bizim peşəkar komandamız yuxarıda qeyd olunan bütün nüansları diqqətə alaraq, sizin istək və tələblərinizə, biznesinizə və məqsədinizə görə yüksək keyfiyyətli video rolik hazırlanması xidmətini təklif edir. Sərfəli qiymət, qısa müddətdə hazırlanma və gözləntiləri qarşılayacaq nəticələr bizim video roliklərin hazırlanması xidmətimizin əsas göstəriciləridir.

Hazırladığımız video rolik nümunələrinə nəzər salmaq üçün YouTube səhifəmizə keçid edə bilərsiniz!