• Bizə Zəng Edin:

    (+994) 50 431 77 77

  • Bizə Email Göndərin:

    [email protected]

  • Ofisimizi Ziyarət Edin:

    Bakı, Mətbuat Prospekti

Brendbuka nələr daxildir?

Brendbuk (brand book) bizneslərin brend kimliyinin (brand identity) təsvir edən sənəddir. Bu sənəd şirkətin dəyərlərini, fəaliyyət istiqamətlərini əks etdirir. Brendbuk özündə aşağıdakı elementləri əks etdirir və hər biri brand book hazırlanarkən nəzərə alınmalıdır:

Məhsul və ya xidmətin təsviri

Brendbuk biznesin göstərdiyi fəaliyyət istiqamətini təsvir edə bilər. Bu brend tanıtımı (brand awareness) zamanı fəaliyyətə pozitiv nəticə verə bilir. Məsələn, istehsal etdiyi məhsul kateqoriyasını təsvir edən brend loqonu tanımayan insanların belə biznesin nədən ibarət olduğunu başa düşməsinə şərait yaradır.

Missiya və vizyon

Brend book-da bəzən biznesin yaradıcısı uzaq gələcəyə dair işarə verə bilər. Burada məhsul və xidmətin təsviri yox, uzun vadədə hansı işləri görməyə çalışacaqlarını qeyd edirlər. Missiya şirkətin öz öhdəsinə hansı işləri qoyduğunu, nələrin öhdəsindən gələcəyini bildirərkən, vizyon hüquqi şəxsin gələcəkdə nəyə, hətta kimə çevriləcəyini bildirir.

Fərqlənmə (USP)

Brend fəaliyyət göstərdiyi sahədə olan digər brendlərdən fərqlənməlidir. Məhz, “mən fərqliyəm” iddiası ilə bazara daxil olmaq uğurun ilk kiçik addımlarından sayılır, nəyinki “mən də hər kəs kimiyəm” devizi ilə fəaliyyət göstərmək. İkincinin əsas tutulduğu bir biznesdə nəyinki digər brendin müştəriləri öz brendlərinə bağlı qalmağa davam edər, hətta daxili komandada da gələcəyə inam formalaşdırmaq bir xeyli çətin olar. Brendbukda verilən brend adının fərqlənməsi digər ifadə ilə USP (unique selling proposition) bəzən səhv başa düşülüb tamamilə, yəni bütün səhələrdə fəaliyyət göstərən bütün brendlərdən fərqli olmalı olması kimi də başa düşülür. Bu zaman brenddə olmuş olacaq həddən artıq kreativlik brendi özünü ifadə etmə bacarığından uzaqlaşdırar. Nəzərdə saxlamaq lazımdır ki, brendin əsas meyarı ilk kommunikasiyanı öz auditoriyası ilə ən asan yolla həyata keçirməkdir. Əksinə, ən kreativ loqo yaratmaq deyil. Buna görə də, brendbuk hazırlanarkən brendin mütləq həmin sahədə fəaliyyət göstərən brendlərdən fərqli olması əsas məqsəd kimi qarşıya qoyulmalıdır.

Şüar

Şüar və ya digər adı ilə sloqan brendə yaradılmış loqonu verə bilmədiyi və ya daha aydın ifadə edə bilmədiyi informasiyanı söz birləşməsi və ya cümlə şəklində bildirir. Şüarlar adətən biznesin qısa tərifindən, biznesin vizyonundan və ya biznesin öz auditoriyasının yadında saxlamasını istədiyi qısa mesajdan ibarət olur və marketinq fəaliyyətlərində tez-tez istifadə olunur.

Brend adı

Brend adını brand book-u hazırlayarkən çox diqqətli seçmək lazımdır. Çünki, biznesin fəaliyyəti zamanı brend adı da güclənir, hədəf auditoriyanın inamını qazanır və dəyər əldə edir. Düzgün seçilməmiş ad daha sonra bu adın dəyişdirilməsini labüd edə bilir ki, bu da illərlə qazanılmış dəyərin ən azından böyük bir hissəsinin itməsinə səbəb ola bilər. Bu halın minimum itki ilə baş verməsi üçün güclü rebrendinq mütəxəssislərinin olması vacibdir. Heç yaşanmaması üçün isə əvvəlcədən biznesin yaxın və uzaq məqsədləri göz önünə alınıb biznesin fəaliyyət istiqmətini, dəyərlərini formalaşdırıb ad seçmək lazımdır.

Tipoqrafiya

Brendbuk hazırlanması zamanı brend adının düzgün şriftlə yazılması brendin kimliyini (brand identity) təsdiqləyir. Hazırda yüzlərlə şrift növü mövcuddur. Bunlar ciddilik, əyləncə, gülüş, sadəlik, texnoloji və s. ifadələri vermək qabiliyyətindədir. Şriftlər həm də loqonun fərqləndirilməsi üçün istifadə oluna bilər. Brand book bütün bu nüansları nəzərə alaraq brend üçün ən uyğun olan tipoqrafiyanı seçməlidir.

Loqo

Bütün mərhələlərdən sonra yekun olaraq loqonun hazırlanması zamanı nəzərə alınmalı nüanslar aşağıdakılardır: loqo qeydiyyatdan keçmiş heç bir loqonun bənzəri olmamaldır; loqonun yazısı hər hansı bir dildə neqativ anlam daşımamalıdır; loqonun əksinə oxunuşu heç bir dildə neqativ məna verməməlidir; loqonun müəyyən standart ölçüləri olmalıdır və brand book-da bu ölçülər, istifadə qaydaları ətraflı şəkildə qeyd edilməlidir; hazırlanmış loqonun müəllif hüququnun qorunması üçün loqonun patenti alınmalıdır. Sonuncu proses Azərbaycanda Əmtəə Nişanının Qeydiyyatı Azərbaycan Əqli Mülkiyyət Agentliyinin Patent və Əmtəə Nişanları Ekspertizası Mərkəzi tərəfindən müvafiq  ekspertiza aparılaraq bir neçə ay ərzində davam edir. Hazırladığımız loqolara müvafiq düymədən keçid edib baxa bilərsiniz. 

Rənglər

Loqonun rəngləri ilk öncə brand itentity üçün vacib mesaj verir. Bundan başqa, yuxarıda da qeyd etdiyimiz kimi, brend fəaliyyət sahəsində olan digər brendlərdən görünüşünə görə, yəni rənginə görə də seçilməlidir. Lakin brand book-da rənglər bu nüanslarla yekunlaşmır. Brenddə istifadə olunan rənglər bir-birinə uyğunlaşmalıdır. Rənglərin uyğunlaşması dedikdə həm bir-birini tamamlayan rəng çalarları, həm də bir-birinə əks olan çalarlar nəzərdə tutula bilər. Brendbuk loqonun öz rəngindən başqa hansı rənglərlə bir yerdə yerləşdirilə bilər, loqo üçün hansı rəng background istifadə oluna bilər, loqonun öz rəngindən başqa hansı rəngdə yazılması (məsələn, ağ) mümkün ola bilər kimi detalları da nəzərə alır.

Loqonun istifadə qaydaları

Brend bizinesin üzü hesab edilir və buna görə də hər yerdə istifadə olunur. Bura sosial media, veb sayt, bannerlər, katalaq, email və s. aid etmək olar. Müxtlif platformalarda loqo müxtəlif şəkildə yazılması gərəkə bilər. Brendin bu müxtəlif platformalarda təhrif olunmasının qarşısının alınması üçün onun istifadə qaydalarını brand book çox görsəl və detallı bir şəkildə izah edir. Hətta, gələcəkdə baş verə biləcək cobranding prosesi zamanı belə brend adı necə yazıla bilər, necə yazıla bilməz nüanslarını nəzərə alınır. `

Broşur və vizitkart dizaynı

Brendbuk hazırlanması zamanı müştəri brendin korporativ stilinə uyğun ilkin broşur dizaynı ilı təmin edilir. Daha sonra bu dizaynı korporativ stili qorumaq şərtilə genişləndirmək və ya dəyişmək mümkündür.

Email blankı, məktub şablonu

Peşəkar email yazılarkan brend stilinə uyğun signiture dizaynı da gələcəkdə brend adı ilə email yazacaq şəxslərə nümunə kimi xidmət göstərir. Real olaraq məktub şablonu da brendbuka daxil edilir.

Promo və mətbəə məhsullarının dizaynı

Çap edilməsə də, brendbuk promo və mətbəə məhsullarının dizaynını özündə ehtiva edir. Bunun başlıca səbəbi brend stiliin daxili əməkdaşlar tərəfindən tam başa düşülməsi və gələcəkdə brendin hər hansı bir formada təhrif edilməsinin qarşısının alınmasıdır.

Yuxarıda qeyd edilənlərdən belə nəticə çıxara bilərik ki, brand book hazırlanması zamanı biznes sahəsi və onun gələcəyinə dair fikirlər tam aydınlaşdırılmalı, bundan sonra isə hazırlanmış çərçivə dairəsində brendin istifadəsi həyata keçirilməlidir. Brand book hazırlanmsı əsasən marketoloqların işi olsa da, insanlar brendlərinin yaradılması prosesində bəzən özləri aktiv iştirak etmək istəyirlər. Məsələn, ad seçilir, şüar yaradılır, müəyyən rənglərə üstünlük verilir. Lakin insanların hər zaman kifayət qədər marketinq və ya dizayn bacarıqları olmur və bu işi müəyyən mərhələdə peşəkarlara həvalə edilməsi qaçılmaz olur. Bu zaman brendbuk hazırlanması yuxarıda qeyd edilənlərin hamısını əhatə etməsə də, yalnız müəyyən işləri raklam agentliyi tərəfindən həyata keçirilir. Yekun brendbuk hazırlanması prosesinin axıcı həyata keçirilməsi üçün brend sahibi agentliklə ətraflı müzakirə etməli, brendin kimliyini, biznesin fəaliyyət istiqamətini və dəyərlərini agentliyi ətraflı şəkil izah etməlidir.