Veb Saytların Yığılması
- Home
- Veb Saytların Yığılması
Onlayn və ya oflayn olmasından asılı olmayaraq artıq əksər bizneslər öz mövcudluğunu internet üzərində möhkəmləndirirlər. Bunun üçün ilkin addımlardan biri də biznesin veb saytının olmasıdır. Saytların yığılması zamanı siz xidmətinizə və ya məhsulunuza ehtiyacı olan insanlara bu barədə ətraflı məlumat vermiş, onlarda sizə qarşı inam formalaşdırmış, müştərilərlə əlaqə qurmaq imkanı yaratmış və bir çox marketinq fəaliyyətinizə əsaslı şəkildə dəstək olmuş olursunuz. Biz bu sahədə sizin biznes istiqamətinizə uyğun hər formada veb sayt hazırlamaqla peşəkar köməklik göstərə bilərik.
Bundan başqa, veb saytınızın internetdə premium performans göstərməsini istəyirsinizsə digər xidmətlərimizə nəzər sala bilərsiniz. Bura Google və digər axtarış sistemlərində önə çıxmaq və axtarış siteminində səhifənin böyük hissəsini əhatə etmək, YouTube, Facebook və digər sosial medialarda görünürlük əldə etmək, veb saytınıza aylıq daxil olan istifadəçi sayı, onların sizi necə tapması və s. haqqında ətraflı məlumatı əldə etmək və başqaları daxildir.
Veb saytların yaradılmasını bizə həvalə etməklə aşağıdakı Üstünlükləri əldə etmiş olursunuz:
- Modern görünüşlü və sürətli veb sayt;
- Responsive dizayn (kompyuter, planşet və mobil formaları);
- Domeyn alınması;
- Yüksək performans göstərən Hostinq (server) paketi;
- Veb saytın SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması;
- Domeynə bağlı professional biznes email adresləri ilə təmin olunma;
- Google və digər axtarış sistemlərində qeydiyyatdan keçmə;
- Veb saytların daxili SEO-ya uyğun olaraq hazırlanması;
- Əsas sosial media platformalarında biznes səhifələrinin açılması;
- Veb sayt dizaynının istəyinizə uyğunlaşdırılması;
- Xidmətimizdən razı qalmadığınız təqdirdə ödənişin 100% geri qaytarılması
Saytın Hazırlanma Mərhələləri
Sayt üçün Məlumatların Toplanması və Təhlili
Veb saytların ilkin yığılması mərhələsində sayta bütün lazım olan və olmayan məlumatları dəqiqləşdirəcəyik. Bunu etmək üçün nümunə olaraq istifadə etdiyiniz saytları təhlil edə bilərik. Bir çox suallara cavab verməyə hazır olun, çünki bu cavablar sonradan saytın texniki tapşırığı olacaqdır. Texniki tapşırıq bir növ saytın ətraflı təsviri kimi də istifadə olunur.
Saytların Planlaşdırılması
Toplanan məlumat veb saytların yığılması zamanı saytınızın planlaşdırılmasında böyük yardımçı olacaq. Bu mərhələdə aşağıdakıları edəcəyik:
1. Veb sayt xəritəsinin yaradılması.
Saytın əsas mövzu bölmələri və bölmələrinin siyahısı və bunun əsasında uyğun və aydın naviqasiya sistemi yaradılır.
2. Texnologiya seçimi.
Veb sayt yığılması zamanı hansı interaktiv formaların, flaş-komponentlərin və ya məzmunun idarə edilməsi sisteminin məqsədə uyğunluğu müəyyənləşdirilir.
3. Dəstəklənən icazələrin müəyyənləşdirilməsi.
Daha çox istifadəçi mobil qurğulardan saytlara gəldiyinə görə, sayt ölçülərini tənzimləyərək, maksimum “responsive design” tərtib olunur. Bu yanaşma avtomatik olaraq kompyuter, tablet və ya smartfonların müxtəlif ekranlarına uyğun səhifələr yaratmağa imkan verir. Siz vebsaytları responsive və ya adaptive formalarda sifariş edə bilərsiniz.
4. Sayt layihəsinin hazırlanması.
Bütün səhifələrin ilkin versiyaları yaradılır. Bu mərhələ sizə bütün sayt səhifələrini vizual olaraq görməyə və web saytın struktur maketini yaratmağa imkan yaradır.
5. Saytın məzmunun planlaşdırılması.
Web saytların yığılması zamanı sayt istifadəçilərinə dəqiq olaraq hansı məlumatı çatdırmaq istədiyiniz barədə məlumat saytın dizaynında bizə çox yardımçı olacaqdır.
Saytın Dizaynı
Yuxarıda qeyd olunan bəndlər diqqətlə nəzərdən keçirildikdən sonra əsas səhifənin və saytın sonrakı səhifələrinin yığılması başlanır. Şirkətin korporativ rənglərində icra edilən real məzmun, fotoşəkil və şirkət loqosu olan səhifələrin maketi hazırlanır və vizual yerləşdirilməsi həyata keçirilir. Dəyişikliklər etmək üçün bu mərhələdən istifadə edin. Bundan sonra, işin müxtəlif mərhələlərində təsdiq üçün sizə müxtəlif maket və prototipləri təqdim edəcəyik. Sayt sifarişi zamanı sonrakı mərhələlərdə dəyişikliklər etmək çox səy və zaman tələb edəcək. Buna görə də, bu mərhələdə hər şeyi diqqətlə nəzərdən keçirməyiniz xahiş olunur.
Saytın Hazırlanması
Dizaynı yaratdıqdan və təsdiqlədikdən sonra veb saytın hazırlanması davam edə edəcək. Bizim veb sayt proqramçımız razılaşdırılmış maketlər əsasında müxtəlif qrafik elementlərdən istifadə edərək, web saytın tam funksional versiyasını yaratmağa başlayır. Bu mərhələdə interaktiv elementlər – ikonlar, flaş-animasiya və alış-veriş səbətinin funksionallığı da həyata keçiriləcəkdir. Bu mərhələdə minimal dəyişikliklər edə bilərsiniz.
Saytın Test Edilməsi, Layihənin Başa Çatdırılması və İstifadəyə Verilməsi
Proqramçımız funksionallığın və uyğunluğun bütün aspektləri daxil olmaqla veb saytı testdən keçirir, sonra veb sayt kodunun müasir standartlara uyğunluğunu yoxlayır. Layihənin yekun təsdiqindən sonra veb sayt faylları sizin serverinizə yüklənərək istifadəyə verilir.
Sayt Yığılmasının Gərəkliliyi
Saytların hazırlanması mürəkkəb proses olub bütün mərhələlərində peşəkarlıq tələb edir. Bu proses ərzində ən kiçik bir detalın nəzərə alınmaması uğursuz nəticəyə gətirib çıxara bilir. Buna görə də, saytların yığılması üçün təkcə gözləntiləri qarşılayacaq deyil, həm də uğurlu bizneslə nəticələnəcək sayt hazırlamaq qabiliyyətində olan partnyor tapmaq lazımdır.
Uğurlu sayt yığılması nəticəsində:
– Coğrafi cəhətdən uzaqda olan müştərilərlə aranızdakı məsafəni azalda biləcəksiniz;
– Müştərilərin gözündə professional bir imic yaratmış olacaqsınız;
– E-ticarət sayəsində satış həcmində artıma nail olacaqsınız;
– Fəaliyyətinizi 24 saat fasiləsiz davam etdirə biləcəksiniz;
– Onlayn mühitdə rəqiblərinizlə rəqabət aparmaq qabiliyyətində olacaqsınız.
Veb saytın onun məqsədinə uyğun dizayn edilməsi, istifadəçilərin axtardıqları məlumatları asanlıqla əldə edə bilmələri, ümumilikdə, veb saytın asan başa düşülən olması və düzgün ifadə tərzinin seçilməsi saytın yigilmasi prosesində əsas şərtlərdən olub onun gələcəkdə verəcəyi nəticələrə təsir edir. Digər bir tərəfdən isə saytların yığılması prosesində onun bütün axtarış sistemlərinə uyğun olmağı, saytın SEO fəaliyyəti üçün tələblərə cavab verməsi və saytdakı yazıların Azərbaycan dilini tanıyan fontlarda yazılmağı önəmli amillərdir. Qeyd edək ki, SEO xidmətindən istifadə zamanı istənilən nəticəni əldə etmək üçün sayt yaradılarkən onun strukturunun daxili SEO-ya uyğunluğu təmin edilməlidir. Niyə saytların yaradılması hər bir biznes üçün gərəkli olduğu haqqında daha ətraflı məlumatı bloqumuzun müvafiq məqaləsində tapa bilərsiniz.
Rəqəmsal Dünyada İlk Toxunuş – Veb Saytınız Sizin Vizit Kartınızdır
Bugünkü rəqəmsal dövrdə bir biznesin ilk təəssüratı çox vaxt veb saytı ilə başlayır. İnsanlar artıq bir şirkət haqqında ilk məlumatı Google axtarışı ilə alır və nəticədə qarşılarına çıxan ilk link – yəni sizin veb saytınız – onlar üçün sizin peşəkarlığınızın və etibarlılığınızın göstəricisinə çevrilir. Əgər saytınız köhnə dizaynlı, ləng açılan, qeyri-professional və ya natamamdırsa, istifadəçilər ikinci bir şans vermədən pəncərəni bağlayacaq və rəqibinizə yollanacaqlar.
Fərqlənmək Üçün Peşəkar Yanaşma Şərtdir
Onlarla, yüzlərlə, bəzən minlərlə eyni sektorda fəaliyyət göstərən biznes arasında fərqlənmək üçün sadəcə bir veb saytınızın olması yetərli deyil. Bu sayt vizual olaraq cəlbedici olmalı, intuitiv istifadəçi təcrübəsi təqdim etməli, sürətli və texniki baxımdan saz olmalı, eyni zamanda istifadəçinin ehtiyaclarına cavab verməlidir. Sayt sadəcə bir “informasiya lövhəsi” deyil, sizin satış maşınınızdır, işçi heyətinizin 24/7 çalışan üzvüdür, bəzən isə brendinizin ruhudur.
Veb Sayt Yalnız Dizayn Deyil, Strategiyadır
Bir çox insan veb sayt deyəndə yalnız “gözəl görünüş” anlayışını nəzərdə tutur. Halbuki uğurlu bir saytın arxasında görünməyən – amma nəticəyə ciddi təsir edən – yüzlərlə qərar, seçim və texniki yanaşma var. Bu yanaşmaların bəziləri aşağıdakılardır:
• İstifadəçi təcrübəsi (UX) və istifadəçi interfeysi (UI): Saytın necə görünməsi ilə yanaşı necə işləməsi də vacibdir. Menyuların yeri, CTA (call-to-action) düymələrinin rəngi, kontakt formalarının yerləşimi – hamısı istifadəçinin saytdakı davranışına təsir edir.
• Struktur və informasiya memarlığı: Saytda axtarılan məlumatın tapılması çətin olmamalıdır. Məlumatlar loqika əsasında qruplaşdırılmalı, axtarış sistemləri üçün optimallaşdırılmalı və eyni zamanda insan gözü üçün rahat oxunaqlı olmalıdır.
• Məqsəd yönümlü yanaşma: Hər saytın məqsədi olur: məhsul satmaq, xidmət tanıtmaq, əlaqə yaratmaq və s. Sayt bu məqsədi yerinə yetirmək üçün optimallaşdırılmalıdır. Məsələn, bir e-ticarət saytı üçün “səbətə əlavə et” funksiyası əsas prioritetdirsə, bir xidmət saytında “əlaqə” və ya “pulsuz konsultasiya” düyməsi önə çıxmalıdır.
Müasir Texnologiyalarla Addımbaaddım İrəliləyiş
Veb texnologiyalar yerində saymır, və bu, saytların hazırlanmasında daim yenilənən yanaşmalar tələb edir. 2020-ci illərin ortalarında bir sayt artıq aşağıdakı texnoloji yenilikləri özündə cəmləşdirməlidir:
• Serverless arxitektura və cloud hostinq: Daha az xərc, daha çox çeviklik. Saytınız bulud əsaslı platformalarda saxlanılsa, qlobal sürət və yüksək trafik qarşısında dayanıqlılıq əldə edirsiniz.
• Headless CMS sistemləri: Kontenti bir yerdə saxlayıb, bir neçə kanala yaymaq mümkündür – sayt, mobil tətbiq, smart TV və s. Bu yanaşma gələcəyin “multi-platforma” dünyasına hazır olmaq üçün əvəzolunmazdır.
• API əsaslı dizayn: Saytınız müxtəlif sistemlərlə inteqrasiya olunmalıdır – CRM, e-poçt marketinq platformaları, ödəniş sistemləri və s. Bütün bunlar API-lərlə reallaşır.
• Performance və Core Web Vitals optimallaşdırması: Google axtarış sıralamasında saytın yeri artıq sürət və texniki keyfiyyətlə müəyyən edilir. Saytınızın First Contentful Paint
, Largest Contentful Paint
, Total Blocking Time
və Cumulative Layout Shift
kimi göstəriciləri ölçülür və reytinqə təsir edir.
Kontent – Saytın Canı
Sayt nə qədər texniki cəhətdən mükəmməl olsa da, içindəki məzmun keyfiyyətsizdirsə, heç bir nəticə verməyəcək. Məzmunun SEO-ya uyğunluğu, dilin təmizliyi, oxunaqlılığı, istifadəçinin suallarını cavablandırmaq gücü və çağırışların (CTA) düzgün yerləşdirilməsi əsas şərtlərdəndir.
Unutmayın:
• Məzmun müştəri üçündür, Google üçün yox. Hədəf kütlənizin axtardığı məlumatları, sualları və ehtiyacları birbaşa cavablandırın. Bu həm müştəriyə dəyər verir, həm də Google sizi mükafatlandırır.
• Bloq yazıları, sual-cavab bölmələri, xidmət izahları – bunların hamısı istifadəçinin saytınızda daha uzun qalmasına və qərar verməsinə təsir edir.
Davamlı Texniki Dəstək və Təhlükəsizlik
Veb sayt sadəcə bir dəfə hazırlanıb bitmir. Canlı sistem olaraq daim texniki dəstəyə, yenilənməyə və təhlükəsizliyə ehtiyac duyur:
• Backup sistemi – Sayt məlumatlarının mütəmadi ehtiyat nüsxəsi çıxarılmalıdır. Çünki kiberhücum, server nasazlığı və ya səhv müdaxilə nəticəsində məlumat itirilməsi təhlükəsi var.
• Təhlükəsizlik tədbirləri – SSL sertifikatı, WAF (Web Application Firewall), CAPTCHA sistemləri, brute-force hücumlara qarşı qoruma saytın təhlükəsizliyini təmin edir.
• Performans monitorinqi – Serverin cavab vaxtı, səhifələrin açılma sürəti, istifadəçi davranışı kimi göstəricilər analitik sistemlərlə daim nəzarətdə saxlanmalıdır.
Rəqəmsal Marketinq ilə Gücləndirilmiş İnkişaf
Hazır bir veb sayt uğurun başlanğıcıdır, amma davamlı böyümə üçün onu rəqəmsal marketinq alətləri ilə dəstəkləmək vacibdir:
• SEO (Search Engine Optimization) – Axtarış sistemlərində önə çıxmaq üçün həm saytın texniki, həm də kontent səviyyəsində optimallaşdırılması aparılmalıdır. Açar sözlərin düzgün yerləşdirilməsi, meta məlumatların hazırlanması, səhifə sürəti və mobil uyğunluq əsas rol oynayır.
• Sosial media inteqrasiyası – Saytınızdan sosial platformalara paylaşım, bəyənmə və izləmə linklərinin verilməsi, eyni zamanda sosial şəbəkələrdən saytınıza trafik yönləndirilməsi üçün uyğun strategiyalar hazırlanmalıdır.
• Reklam kampaniyaları (Google Ads, Facebook Ads və s.) – Hədəf auditoriyaya uyğun şəkildə reklam yerləşdirilməsi müştəri əldə etməyin effektiv yollarından biridir. Saytınıza gələn istifadəçilərin izlənməsi və retargeting imkanları ilə dönüşüm faizi artırılır.
• Analitika və hesabat – Google Analytics, Hotjar, Search Console kimi vasitələrlə saytın performansı daim ölçülməli, zəif nöqtələr müəyyənləşdirilməlidir.
Nəticə olaraq, veb sayt sadəcə “əlaqə nömrəsi yazılmış bir səhifə” deyil. O, biznesinizin onlayn təmsilçisidir. Bu təmsilçi sizi doğru şəkildə tanıtdıqda, sizə müştəri qazandırır, gəlir gətirir, etibar formalaşdırır və rəqiblərlə aranıza fərq qoyur. Əgər bu təmsilçini peşəkarlara həvalə etsəniz, o, sizin əvəzinizə danışacaq, satacaq, izah edəcək və sizi böyüdəcək.
İndi veb sayt yığımı zamanı “baxarıq”, “əşi nə var ki bir sayt yığmaqda”, “tanışda ucuz edən var” kimi yanaşmaların nə qədər təhlükəli olduğunu başa düşmək vaxtıdır. Yaxşı sayt sadəcə xərc deyil, uzunmüddətli sərmayədir. Və bu sərmayəni düzgün partnyorla etmək sizin uğur formulunuza çevrilə bilər.