Veb Sayt Analizi
- Home
- Veb Sayt Analizi
Hal-hazırda bizneslərin əksəriyyətinin öz veb saytları mövcuddur. Və bu bizneslərin başlıca marketinq fəaliyyətlərindən biri də veb saytlarına ziyarətçi axınını gücləndirməkdir. Sizə təklif etdiyimiz veb sayt analizi xidmətindən yararlanmaqla bütün onlayn mövcudluğunuzu təhlil etmək, veb sayt performansını ölçmək və ziyarətçi sayını artırmaq üçün lazımi tədbirlər görmək imkanı qazanırsınız. Göstərdiyimiz bu xidmətlə biz sizə ən çox qazandıran reklam strategiyasını araşdırıb, təhlil edəcək və reklam kampaniyalarına xərclədiyiniz pulları minimallaşdıracağıq. Aşağıda qeyd olunanlar sizə veriləcək məlumatların bir qismini təşkil edir.
Veb saytınıza gün ərzində giriş sayı, yeni və köhnə ziyarətçilərin statistikası, ən çox vaxt keçirilən və ən çox tərk edilən səhifə və s. Beləliklə, siz gün, həftə və ya ay ərzində veb saytınızın ümumi performasına dair ətraflı informasiya əldə edirsiniz.
İstifadəçi hansı linklər vasitəsilə saytınıza daxil olmuşdur (Sosial media, Google axtarış reklamları, Google axtarış nəticələri, URL və s.). Veb sayt ziyarətçilərinin hansı kanal vasitəsilə gəldiyini öyrənərək, siz nəyinki hansı kanallarda reklamınızın effektiv olduğunu öyrənmiş olursunuz, hətta bütün marketinq fəaliyyətinizin performansını analiz etmə imkanına sahib olursunuz.
İstifadəçi hansı ərazidən daxil olmuşdur. Veb sayt ziyarətçilərinin hansı regiondan daxil olduğunu bilməklə, sizin potensial müştərilərinizin harda yerləşdiyi, hansı regionda sizin marketinq fəaliyətinizin daha güclü olduğunu yəqin edə bilərsiniz.
İstifadəçi səhifənizdə hansı məhsullara baxıb, hansı məhsulları alıb. Əgər siz onlayn satış veb saytı sahibisinizsə, hansı məhsulların potensial müştərilər tərəfindən bəyənildiyini öyrənib həmin məhsullara üstünlük verməklə satışınızı artıra bilərsiniz.
Sizin veb sayt ziyarətçilərinin yazmış olduğu açar sözlər; veb saytınızı istinad olaraq göstərən veb saytlar. Əksər bizneslər axtarış sistemlərində tapıla bilmək üçün minlərlə manat SEO (Search engine optimization) üçün xərcləyirlər. Burada açar sözlər və istinad veb saytlar (backlinks) əsas elementlərdəndir. Biz sizə bu sahədə ətraflı məlumat verməklə sizin SEO fəaliyyətinizi analiz etməyinizə xeyli yardımçı olmuş oluruq.
Veb sayt ziyarəçilərinin neçə faizinin hansı qurğular (mobil, tablet, komyuter) vasitəsilə gəlməsi. Bu məlumat sayəsində siz veb saytınızın mobil və ya kompyuter dizaynını daha da təkmilləşdirə, habelə potensial müştərinizi daha yaxından tanıyaraq hər hansı bir qurğu vasitəsilə marketinq fəaliyyətinizi gücləndirə bilərsiniz.