• Bizə Zəng Edin:

    (+994) 50 431 77 77

  • Bizə Email Göndərin:

    info@interactivemedia.az

  • Ofisimizi Ziyarət Edin:

    Bakı, Caspian Plaza

Remarketinq sizin reklamlarınızın daha öncə sizin veb sayta daxil olmuş şəxslərə göstərilməsi deməkdir. Bu zaman siz istifadəçiyə özünüzü xatırlatmaqla yenidən kliklənmə ehtimalını və eləcə də markanızın tanınırlığını və yadda saxlanılmasını əhəmiyyətli dərəcədə artırmış olursunuz.

Remarketinq Necə İşləyir?  
Əvvəlcə sistemimizdə remarketinq list yaradırıq. Sonra isə sizin veb saytınıza kiçik bir kod yerləşdiririk. İstifadəçi hər dəfə sizin veb sayta daxil olduqda onun cookie ID-si bizim yaratdığımız listə əlavə olunur. Bu listdəki istifadəçilər hər dəfə başqa veb sayta daxil olduqda sizin reklamınız onlara göstərilir.

remarketing
Remarketinq Formaları
Sizin onalyn marketinq hədəflərinizə əsaslanaraq biz aşağıdakı formalarda remarketinq kampaniyaları yaradırıq:

Standard remarketinq
Standart remarketinq tətbiq olunduğu zaman sizin hər hansı bir reklamınız daha öncə sizin veb sayta daxil olmuş şəxslərə göstərilir. Beləliklə yenidən istifadəçi tərəfindən saytınızın kliklənməsi ehtimalı artır.

Dinamik remarketinq
Remarketinqin daha inkişaf etmiş forması olub, keçmiş ziyarətçilərə onların maraqlandığı məhsulların reklamları verilir. Məsələn, əgər sizin veb saytınız onlayn satış saytıdırsa və istifadəçi müəyyən bir məhsulu səbətə atıb amma almayıbsa, siz həmin məhsulun reklamını yenidən həmin istifadəçiyə verməklə onun məhsulu alma ehtimalını xeyli yüksəltmiş olursunuz.

Axtarış reklamları üçün remarketinq
Əgər keçmişdə sizin veb saytı ziyarət etmiş şəxs yenidən axtarış həyata keçirirsə, Google reklamları arasında sizin də reklamınız göstərilir.

Video remarketinq
Bu növ remarketinq reklamlarınızı sizin müxtəlif saytlarda, o cümlədən YouTube-da videolarınızı bəyənmiş, paylaşmış və ya pozitiv şərh yazmış istifadəçilərə göstərir.

Gmail remarketinq 
Əgər müştərilərin əlaqə məlumatına sahibsinizsə və bu müştərilərin gmail hesabı varsa, biz onlara Google, YouTube və bir çox veb saytlarda yenidən reklam (remarketinq) verə bilərik.

Sosial media remarketinq
Bu zaman biz sizin veb sayt ziyarətçilərinizə sosial media vasitələrindən, Facebook və Instagram üzərindən remarketinq reklamlarını tətbiq edirik.