
SEO Xidməti – SEO nədir?
SEO xidməti üçün ödəniş və digər müqavilə şərtləri ilə əlaqədər ətraflı məlumat üçün müvafiq keçiddən istifadə edə bilərsiniz. Bu məqaləmizdə isə SEO-nun başqa aspektlərindən danışacağıq.
SEO axtarış sistemlərində optimizasiya olub veb saytın axtarış sistemlərinin nəticələri arasında təbii və ya reklamsız şəkildə ön sıralarda çıxması üçün həyata keçirilən prosesdir. Başqa sözlə, SEO xidmətləri veb dizaynın və saytın kontentinin axtarış sistemləri üçün daha keyfiyyətli və cəlbedici hala gətirilməsidir. Lakin SEO göründüyü qədər bəsit bir proses olmayıb bir çox amillərin optimizasiyasını tələb edir.
Axtarış sistemləri istifadəçiləri üçün ən yaxşı nəticələri təqdim etməyə meyilli olduğundan təkcə veb saytın keyfiyyətli olması deyil, həm də kontentin axtarış edilən açar sözlərinə uyğunluğu yüksək olmalıdır.
Müasir dövrdə bizneslər onlara uyğun açar sözlərinin axtarışı zamanı axtarış nəticələrində ön sıralarda yer almaqda olduqca maraqlıdırlar. Bu, şirkəti istifadəçilər üçün daha əlçatan və rəqiblərlə müqayisədə daha rəqabətcil edir.
SEO xidməti sifariş edildiyi zaman sifariş edən biznes ətraflı araşdırılır, məqsədləri müəyyən edilir və müəyyən intervalla bütöv SEO xidməti həyata keçirilir. Bu prosesi aşağıdakı infoqrafiya ilə izah etməyə çalışdıq.
SEO-nun qazandırdığı üstünlüklərə qısaca nəzər salaq:
- Araşdırmalar göstərir ki, axtarış sistemlərinin istifadəçi sayı durmadan artmaqdadır və onlayn fəaliyyətlərin 93%-i məhz axtarış sistemlərində axtarış etməklə başlayır. Bu isə axtarış nəticələrində ön sırada çıxmaqla potensial müştəri kütləsinə çatmaq üçün olduqca önəmlidir.
- SEO veb sayt ziyarətçilərinin, eləcə də, satışların artmasında böyük rol oynayır.
- Ödənişli reklamlarla müqayisədə SEO daha az xərclə reallaşdırılır. Belə ki, reklam davamlı olaraq büdcə tələb etdiyi halda, SEO yalnız müəyyən bir müddətdə həyata keçiriləcək proseslər üçün büdcə tələb edir.
- SEO nəticələri günün istənilən vaxtında aktiv və sabitdir. Reklamdan fərqli olaraq, seo xidmətləri zamanı veb sayt günün hər hansı bir saatında daha az effektiv ola biləcəyi üçün deaktiv edilmədən hər zaman işləyir.
- İstifadəçilərin axtarış sistemlərinə olan inamı ön sıralarda çıxan nəticələri daha güvənli hesab etməsinə və böyük ehtimalla veb sayta daxil olmasına gətirib çıxarır.
- Nəticələrinin uzun müddətli olması isə SEO-nun digər bir üstünlüyüdür. Ödənişli reklam büdcənin bitdiyi anda tamamilə dayandığı halda SEO nəticəsi uzun müddət ərzində sabit qalır. Yalnız rəqiblərin daha uğurlu optimizasiya fəaliyyəti və ya axtarış sistemlərinin alqoritmasındakı köklü dəyişikliklər nəticələrdə müəyyən fərqlərin yaranmasına səbəb ola bilər. Bu isə optimizasiya fəaliyyəti ilə qısa müddətdə yenidən bərpa oluna bilər.
SEO-ya birbaşa təsir edən faktorları 3 əsas qrupa ayıra bilərik.
- Kontent marketinq. Yüksək keyfiyyətli və açar sözlər ilə uyğunluq təşkil edən, unikal kontentə sahib olmaq axtarış sistemlərinin saytınızı yüksək qiymətləndirməsinə təkan verəcək. Bundan əlavə, kontent sizin saytın ziyarətçiləri ilə uğurlu ünsiyyət qurmağınıza kömək edir. Bloqlar, məqalələr, sosial media kontenti, infoqarafiya və vizuallar axtarış sistemləri üçün cəlbedici kontent yaratmaqda əsas amillərdir.
- On-page SEO. Buraya veb saytınızda yer alan və sizin birbaşa idarə edə biləcəyiniz müxtəlif elementlər daxildir. Məsələn, başlıq, meta açıqlama, alt başlıq, daxili linklər sizin optimizasiya proseslərində müdaxilə edə biləcəyinizi amillərdir.
- Off-page SEO. Bu qrupa birbaşa olaraq sizdən asılı olmayan, ancaq müəyyən fəaliyyətlərlə düzəlişlər edə biləcəyiniz faktorlar daxildir. Sosial göstəricilər, linklər bu kateqoriyaya aid olub optimizasiya işlərinin ən vacib hissələrindən birini təşkil edir.
SEO prosesinin mürəkkəbliyini və ona təsir edən faktorların çoxluğunu nəzərə alaraq, bu işi hər zaman professionallara həvalə etmək lazımdır. Ancaq bununla daha uzun müddətli və effektiv nəticələr əldə etmək mümkündür.