• Bizə Zəng Edin:

    (+994) 50 431 77 77

  • Bizə Email Göndərin:

    [email protected]

  • Ofisimizi Ziyarət Edin:

    Bakı, Mətbuat Prospekti

reklam agentliyinin özünün şəkli göstərilir

Reklam agentliyi: fəaliyyətləri, xidmətləri, üstünlükləri

Reklam Agentliyi müştərinin reklam fəaliyyətini planlamaq, yaratmaq və idarə edilməsini öhdəliyinə götürən qurumdur. İlk Reklam Agentliyi 1786-cı ildə William Taylor tərəfindən Londonda fəaliyyətə başlamışdır. Reklam agentlikləri çox vaxt müxtəlif müştərilərə xidmət göstərir və hər bir müştəri üçün xüsusi strategiyalar hazırlayır. İşçi komandası ilə şirkətlərə və ya təşkilatlara hədəf müştərilərinə asan və sadə bir şəkildə çatmaqda kömək edirlər. Reklam agentliklərinin işçilərinə kreativ direktorlar, bədii rəhbərlər, ekspertlər, sosial media menecerləri, qrafik dizaynerlər, veb tərtibatçılar, proqramistlər və digər marketinq mütəxəssisləri daxildir.

Reklam Agentliyi ilk öncə təşkilat, şirkət və ya məhsul haqqında toplanmış məlumatlar əsasında reklam xəttini işləyib hazırlayır, daha sonra müştərilərdən rəylər və ya təkliflər alaraq və gələcək fəaliyyət xəttinə qərar verirlər. Bununla  reklamların dizaynı və istehsalı, istifadə olunacaq media növünə, reklamın nə vaxt, necə , harada və nə qədər müddətə görünəcəyinə qərar verərək hesabat şəklində müştəriyə təhvil verirlər. Bütün bunları isə daha effektiv və xərcə qənaətlə etməyə səy göstərirlər.

interactive media reklam agentliyi sayılır

Reklam Agentliyi ilə işləmək hər sahədə  önəmlidir. Ən əsası prioritetlərinizi bilməlisiniz ki, brendinizin büdcəsini ehtiyacı olmayan sahələrə xərcləməklə inkişafınızı ləngitməyəsiniz. Xüsusilə sıfırdan başlayırsınızsa bir strategiya hazırlamalısınız. Agentliklər brendin loqoqusunu, rənglərini, tipoqrafiyasını, şüarını və digər brend elementlərini yaradaraq bunu daha da gücləndirməyə kömək edirlər. Reklam agentlikleri brendinizin problem və çatışmazlıqlarını obyektiv və rəqabətli şəkildə təhlil edirlər, bununla da strategiyalar hazırlayırlar. Problem olmasa belə, qarşıda müəyyən strategiya olmasa, marketinq, reklam və ya digər kampaniyalar nəticə verməyəcək. Reklam Agentliyi ilə siz hədəfə daha tez, dəqiq və doğru addımlarla çatacaqsınız.

Reklam agentlikləri müştəriləri ilə uzunmüddətli əlaqələr qurmağa diqqət yetirirlər. Buna görə də müştəri məmnuniyyəti reklam agentliklərinin mühüm prioritetlərindən biridir. Müştəriləri ilə sıx əməkdaşlıq edərək, markaların hədəf auditoriyalarına çatması üçün ən uyğun reklam kampaniyalarını hazırlayırlar. Reklam agentlikleri müştərilərinin brendlərinin uğurunu artırmaq və bu ideyaları müştəriləri ilə birlikdə inkişaf etdirmək üçün kreativ və innovativ ideyalar təklif edirlər. Uğurlu reklam agentliyi öz müştərilərinə təkcə reklam və marketinq strategiyaları təklif etmir, həm də müştərinin brendini  gücləndirərək qalıcı təsir yaradır.

reklam agentlikleri terefinden hazirlanib

Sosial media internet istifadəçilərinin bir-biri ilə ünsiyyət qurmaq və məzmun paylaşa bilmək üçün bir çox fərqli platformanı əhatə edir. Platformalara Facebook, Instagram, Twitter, LinkedIn YouTube, Tiktok kimi məşhur sosial media platformaları daxildir. Reklam agentlikləri sosial media marketinq xidmətləri göstərmək üçün müştərilərinin hədəf auditoriyasının sosial mediadan istifadəyə görə təhlil edərək, müştərilərinə hədəf auditoriyaya çatmağa , müştərilərinin brendləri haqqında məlumat sahibi olmasına və orada diqqət cəlb etməyə kömək edir. Sosial media özünü ifadə etmək üçün ən yaxşı platformadır. Bu səbəbdən də də burada aparılacaq kommunikasiya və reklam işləri diqqətlə aparılmalıdır. Eyni zamanda reklam agentlikləri sizin brendiniz haqqında məlumat,xidmətləriniz, məhsullarınız və digər istənilən seçimlərdən ibarət veb sayt hazırlanmasını da təklif edir. Veb saytlar  bütün fəaliyyətlərinizi, məhsullarınızı və xidmətlərinizi hədəf auditoriyanıza  istədiyiniz kimi çatdırmağa kömək edir. Veb saytlar müxtəlif məqsədlər üçün istifadə edilə bilər. Məsələn, şəxsi veb saytlar – bunlar fərdlərin öz məlumatlarını,  maraqlarını və ya portfoliolarını nümayiş etdirmək üçün yaratdığı saytlardır. Korporativ veb saytlar – şirkətlərin öz məhsul və xidmətlərini tanıtdığı və əlaqə məlumatlarını paylaşdığı saytlardır. Daha sonra xəbər saytları var ki, burda da cari xəbərlər, məqalələr və s. yerləşdirilir.

sosial media işi görən reklam agentliyi

 

Veb saytlar dizaynı və məzmunu ilə fərqlənir. Yaxşı dizayn edilmiş və istifadəsi asan veb saytlar daha çox ziyarətçi cəlb etmək potensialına malikdir. Veb saytlar cihazlara uyğun olmalıdır, yəni onlara müxtəlif cihazlarda ( kompüterlər, planşetlər, smartfonlar)  görüntüləmək problemsiz olmalıdır.Veb saytınızı müvafiq açar sözlərlə axtarış sistemlərində reklamsız daha yüksək yer almasını istəyirsinizsə SEO – Search Engine Optimization xidmətindən istifadə etmək tövsiyyə olunur. Məhsul və xidmətlərin reklamını həyata keçirən müəssisələr SEO işləri ilə əlavə maliyyə yüklərindən azad olurlar. Çünki ödənişli reklamla axtarış nəticələrində görünmək əlavə büdcə tələb edir. Bununla belə, SEO ilə  axtarışlarda görünən müəssisələr həm uzun müddətdə axtarış nəticələrinin başında olacaq, həm də bu fürsətdən istifadə edərkən əlavə xərclərdən qaçınacaqlar. SEO-nun biznes üçün bu üstünlüyü müəyyən ideyanı daha geniş ictimaiyyətə yaymaq istəyən hər kəsə aiddir. Ona görə də rəqəmsal mediada olmağın ən vacib qaydalarından biri Google-da görünməkdir. Bu görünürlüğü mümkün edən əsas proseslərin başlanğıcında SEO gəlir.

web development göstərir bu marketing agentlikləri

Bütün bu proseslərdə reklam agentliyi ilə işləmək həm peşəkar nəticələr əldə etmək, həm də şərtləri yerinə yetirmək baxımından təsirli olacaq. Zamanla ayaqlaşmaq və brendinizi daha da irəli aparmaq istəyirsinizsə, ən yaxşı yol bu sahədə təcrübəli reklam agentliklərindən kömək almaqdır. Bundan əlavə, marka dəyəri artdıqca, reklamların sayının artması sürət qazanır və daha çox insana çatmaqda sizə böyük üstünlük verir. Brendinizi dəyərləndirmək və müştəri potensialınızı artırmaq üçün bütün prosesləri peşəkar şəkildə idarə etməlisiniz. Hər bir bölmə ilə ayrı-ayrılıqda reklam agentliyinin işçiləri sizinlə  məşğul olur və markanıza özəl araşdırmalar edərək ən yaxşı nəticələri əldə etməyi hədəfləyirlər. Yaxşı bir reklam agentliyi ilə müqavilə bağlamaq brendinizin sürətlə inkişaf etməsinə imkan verir. Bu yolla siz inkişaf etdikcə həm də potensial müştəri portfolionuzu inkişaf etdirirsiniz və daha qısa müddətdə qazancınızı artırmağın yolunu tapırsınız.

Biz də öz növbəmizdə İnteractive Media olaraq hər zaman sizə xidmət göstərməyə hazırıq. Bizimlə əlaqə saxlayaraq xidmətlərimiz haqqında ətraflı məlumat ala bilərsiniz.

 

reklam strategiyası hazırlayır